vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
10:54 | 31 iyul 2014 | Cümə axşamı Məqaləyə 2000 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiyada türkcə lövhələr peyda olub

Urmiya Bələdiyyəsinin təşəbbüsü yerlilər tərəfindən sevinclə qarşılanıb və onun davamını arzu ediblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya Bələdiyyəsi şəhərin bir çox bölgəsində üzərində məhəllələr və küçələrin orijinal türkcə adları yazılmış lövhələr yerləşdirib.

ANS PRESS-in məlumatına görə, urmiyalı fəallar və jurnalistlərin bloqlar və sosial şəbəkələrdə nəşr etdiyi şəkillərdə, «Dərəçayı», «Şəhərçayı», «Doşapçıxana», «Dəmirçixana», «Carçıbaşı», «Göl Üstü», «Təndirçilər», «Ağa Qəbiri», «Doqquz Pillə» və «Qapan» kimi küçələr və məhəllələrdə Türkcə lövhələrin yerləşdirildiyi müşahidə olunur. VOA xəbər verir ki, ötən aylarda Urmiyə şəhər şurası adları farscaya çevrilmiş məhəllələrin yenidən orijinal türkcə adlarının qaytarılması istiqamətində fəaliyyətə başlayıb, bəzi qərarlar qəbul etmişdi.

Mədəni fəallar və jurnalistlər lövhələrdə bəzi yazı qaydalarına diqqət edilməməsini tənqid etsələr də, ümumiyyətlə Urmiya Bələdiyyəsinin təşəbbüsünü sevinclə qarşılayır və onun davamını arzu edirlər.