«Əsgərlərimizi müalicəyə götürməklə...»
«... Türkiyə Ermənistan və onun havadarlarına mesaj göndərdi»
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Azərbaycanın 3 yaralı əsgəri Türkiyəyə yola salındı. ANS TV-nin məlumatına görə, cəbhədə 17 əsgəri qoruyaraq sinəsini düşmənə sipər edən yaralı zabitimiz öz müalicəsinin qardaş Türkiyədə davam etdirəcək. Onunla birlikdə daha iki hərbiçimiz Ədalət Məmmədov və Orxan Tahirzadə də Ankarada Atatürk Elmi Tədqiqat Mərkəzində müalicə olunacaqlar.
Yaralılar Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan «Türk əməkdaşlıq və Koordinasiya Agentliyi»nın dəstəyi ilə xüsusi Ankaradan göndərilmiş xüsusi tibbi heyət və təyyarə ilə qardaş ölkəyə müalicəyə yola salındı.
Əsgərlərimizin yola salınmasında iştirak edən Millət vəkili Məlahət İbrahimqızı isə bildirdi ki, Azərbaycanın yaralı əsgərlərinin müalicə üçün Türkiyəyə aparılması bütün dünyaya, xüsusilə də hər iki ölkəyə qarşı mürtəce siyasət yürüdən Ermənistan və onun havadarlarına bir mesajdır. «Yaralı əsgərlərimizin Türkiyəyə müalicəyə göndərilməsi, qardaş ölkənin hər zaman Azərbaycanın yanında olmasının bir göstəricisidir».
Bakıdan yaralı əsgərlərimizin yanında bir hərbi həkim də göndərildi. Hərbçilərin müalicəsi boyu həkim və qohumları onlarla birlikdə olacaq.
TİKA-nın Azərbaycan koordinatoru Mustafa Polad bildirib ki onların müalicəsi nə qədər davam edəcəksə, o qədər müddətdə də Türkiyədə qalacaqlar. Onun sözlərinə görə, əsgərlərdən birinin ailə üzvü indi gedir, digər ikisinin də sənədləri hazırlanandan sonra yola salınacaq. «Burda əsas məsələ ondan ibarətdir ki, dost-düşmən hər kəs bilsin ki, Türkiyə Azərbaycanın yanındadır».
Bu məsələnin Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın bilavasitə diqqətində olan mənəvi borc olduğu bildirilir.
Əsgərləri Türkiyədə Ankara hava limanında baş nazirin müavini Emrullah İşlər, Türkiyə Səhiyyə Nazirliyinin işçiləri və digər rəsmilər qarşılayacaq.