Şagirdin döyülməsi ilə bağlı araşdırma başladı
Fərid Babaşzadə yataq xəstəsinə çevrilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məktəbli analar
Kim deyir ki, yol həmişə böyüklərindi?
-
Qızların çoxu müəllim olmaq istəyir
Zərif cinsin nümayəndələrindən neçəsi polis və hərbiyə üstünlük verir?
-
Ombudsmandan ipoteka təklifi
“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”
-
Orta məktəblərin statusu dəyişdirilir
Sənəddə həmçinin müəllim-şagird münasibətləri öz əksini tapacaq
-
Təhsil işçilərinin maaşı artdı
Prezident sərəncam imzaladı
-
«Müəllimlərin maaşları qaldırılacaq»
Maliyyə naziri: «2018-ci ilin büdcəsində təhsilə böyük artım var»
-
Metodika, yoxsa...
Dərslərin qeyri-standart formada keçirilməsinə münasibət fərqlidir
-
Mifdən reallığa gedən yol...
Məktəbliləri yad təsirlərdən necə qoruyaq?
-
«Deyirlər «Mavi Balina» oynayırmış…»
Ağdaş məktəblisinin intiharında qorxulu versiya, təhlükə qapıdadır
-
Qorxunc internet oyununun toruna düşən yeniyetmənin ilginc etirafları
Psixoloq: «Bəzən valideyn düşünür ki, uşaq evdədir və ciddi problem yoxdur, amma ...»
-
«Mavi balina» təhlükəsi
Bakı məktəblilərinin qollarında şübhəli sıyrıqlar aşkarlandı
-
Soyuq sinif otaqları
Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur?
-
Daha neçə uşağı maşın vurmalıdır ki...
Bakı məktəblərinin qarşısındakı təhlükə: «Valideynlər az qalır uşaqlarını partaya qədər avtomobillə aparsın»
-
Bilikdən ayrılmış müəllim günü
… Yaxud hörmətlə anılan Rəhmət müəllim
-
Rusiya da müəllimlərini qiymətləndirəcək
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
-
Prezident və birinci xanım paytaxtın məşhur təhsil ocağında
Bakıda 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub
Paytaxtın Sabunçu rayonundakı 331 saylı orta məktəbində 10 yaşlı şagirdin idman müəllimi tərəfindən döyülməsi ilə bağlı araşdırma başlayıb.
Bu barədə publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Arzu Tairquliyeva məlumat verib.
O bildirib ki, araşdırmanın nəticəsinə müvafiq olaraq qərar qəbul olunacaq.
***
09:19
Bakının Sabunçu rayonunda yerləşən 331 saylı tam orta məktəbdə döyülmə hadisəsi qeydə alınıb.
Valideynlər deyir ki, 10 yaşlı övladları Fərid Babaşzadə oktyabrın 14-də 6-cı dərs saatında idman müəllimi Firdovsi tərəfindən döyülüb. Və hazırda 5-ci sinif şagirdi evdə yataq xəstəsinə çevrilib.
Fəridin özünün dediyinə görə, müəllimi idman dərsində ona topa əl vurmamağı tapşırıb. Bilmədən topa əl vurduğunu deyən şagird müəllim tərəfindən şiddətə məruz qaldığını bildirir. Müəllimi tərəfindən döyülən şagird başından və ayaq nahiyəsindən ağır zərbə alıb.
«Məktəbin idman müəllimi mənim yaxamdan tutub sürüdü. Sonra bunu görən Orxan adlı sinif şagirdi məni lağa qoydu. Mən onunla dalaşdım. Bu zaman idman müəllimi gəlib bizi bir-birimizə vurdu» – deyə zərərçəkmiş qeyd edib.
Valideynlər isə hadisədən gec xəbər tutduqlarını deyirlər. Onlar məktəbdən gələn övladlarını dərhal xəstəxanaya çatdırıblar.
Fəridin anası Gülnar Babaşzadə deyir ki, onun övladı qan çatışmazlığından əziyyət çəkir. Bunun üçün də dəfələrlə məktəb rəhbərliyinə müraciət edib ki, Fərid idman dərsində iştirak etməsin. Ancaq buna məhəl qoyan olmayıb.
Övladı döyüləndən sonra o, Firdovsi müəllimlə söhbət etmək istəyib. Müəllim isə valideynlərə «əcəb etmişəm, gedin hara istəyirsiniz şikayət edin» deyə cavab verib.
Bütün bunlar valideynin sözləridir.
ANS-in müxbiri deyilənlərə aydınlıq gətirmək üçün öncə məktəbin müvəqqəti yerləşdiyi ünvana üz tutub. Əvvəlcə təhsil ocağının direktor müavinləri faktı təkzib etdilər. Və valideynlərlə müavin arasında mübahisə baş verdi.
Daha sonra adıçəkilən idman müəllimi Firdovsi müəllimlə görüşməyə cəhd etdik. Müəllim qapı arxasından belə açıqlama verdi ki, o, şagirdi Fəridi heç də döyməyib. Sadəcə dərs zamanı şagirdlər arasında mübahisə düşdüyündən onları ayırıb.
Bundan sonra üz tutduq məktəb direktoru Esmira Muradovanın yanına. Direktor təsdiq etdi ki, valideynlər uşağın idman dərsindən azad olması ilə bağlı ona müraciət edib. Sadəcə tibbi arayış hələlik gətirilmədiyindən bu mümkün olmayıb.
Şagirdin müəllim tərəfindən döyülüb-döyülməməsinə gəlincə isə məktəb direktoru Esmira Muradova deyir gecə saat 10 radələrində valideyn ona zəng edib ki, bəs, uşağın vəziyyəti belədir: «Dedi uşağımı müəllim döyüb. Dərhal mən müəllimlə əlaqə saxladım və valideynin telefon nömrəsinin müəllimə verdim. Müəllim isə ittihamları rədd edir. Artıq məsələ ilə bağlı təqdimat hazırdır. Təqdimat Daxili Nəzarət Şöbəsinə və Bakı Şəhər Təhsil İdarəsinə göndəriləcək. Sonda onlar məsələ ilə bağlı yekun qərara gələcəklər».
Bundan başqa direktor onu da bildirdi ki, Firdovsi müəllimdən 8 illik fəaliyyəti dövründə şikayət olunmayıb. Əgər fakt təsdiqini taparsa, o, işdən azad ediləcək.
Artıq valideynlər faktla bağlı polisə də müraciət edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.