vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QALMAQAL  
15:24 | 16 oktyabr 2014 | Cümə axşamı Məqaləyə 1734 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müsavat məhv olacaq»

Keçmiş müsavatçı yeni başqanı «yıxıb-sürüdü»

MÖVZU İLƏ ƏLAQƏLİ

Arif Hacılı başqan olaraq bəs necə edəcək? Bütün bunlara görə, bizə yeni düşüncə, yeni bir şəxs lazım idi. Məhz buna görə, Qubad İbadoğlunu dəstəkləyirik.

Müsavat Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Rauf Məmmədli yeni başqan Arif Hacılı haqda yeni ittihamlar səsləndirib.

AzVision.az xəbər verir ki, R.Məmmədli Arif Hacılının başqanlığa layiq olmadığını bildirib. Müsavatdan istefa verən gənc bu gedişlə partiyanın məhv olacağını qeyd edib:

«Müsavat Partiyasının əsas strukturlarında fəaliyyətsizlik hökm sürür. Nizamnaməni tez-tez əsas gətirən insanlar nizamnamə tələbələrinə uyğun iclaslar keçirə bilmir.

Özəklərin fəaliyyəti demək olar ki, yoxdur. Aylarla rayon təşkilatları, illərdir özəklər heç bir iclas keçirə bilmir, məhv olub gedirlər.

Biz bunların aradan qaldırılmasını, partiyanın fəaliyyətinin bərpa edilməsini istəyirdik. Dəyişiklik olmalıdır.

Arif Hacılının seçilməsi ilə hansı dəyişikliyə nail olmaq olar? Bir şey ki, bu insan illərdir partiyanın İcra Aparatının rəhbəridir. Bu fəaliyyətsizliyi aradan qaldırmaq, partiyanın güclənməsi işinin təşkilində bilavasitə iştirak etmək üçün yetkili şəxs daim o, olub.

Əziyyət çəkib, həbsdə, mübarizəsinin önündə olub. Bu danılmaz faktdır. Amma onun fəaliyyəti dövründə bu fəaliyyətsizlik aradan qaldırılmayıb. O başqan olaraq bəs necə edəcək? Bütün bunlara görə, bizə yeni düşüncə, yeni bir şəxs lazım idi. Məhz buna görə, Qubad İbadoğlunu dəstəkləyirik. Çox acınacaqlı durumdur».