Manat 1.2 milyard dolları «yeyib»
Mərkəzi Bankdan avqust ayı üçün məlumat
MÖVZU İLƏ ƏLAQƏLİ
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
“Qlobal ticarət yoxsulluğa kömək etmir”
DTT-nin hesabatı: “10 faiz zənginin gəliri, 50 faiz kasıbdan qazancından 79 dəfə çoxdur”
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
Qərbin lüks mallarının bazarları daralır
Daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
Yaponiya Bankından müdaxilə
Yenin faiz dərəcəsi niyə bu qədər aşağı saxlanılır?
-
Dollar müqaviməti qıracaqmı?
Dünya birjaları 108 indeksinə fokuslanıb
-
Bu gün gözlər Almaniyada
Dolların enişini durdura bilən yoxdur
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
FED diqqəti risklərə çəkdi ...
Türk lirəsinin taleyi bu gün həll olunur
-
Qarışıq dalğalanma ...
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
-
... Amma həftəni Avropa həll edir
ABŞ-da dollarla bağlı qərarlar alındı ...
-
“Şahin” açıqlamalar
FED rəsmilərinin bəyanatları və “DXY”
-
Dollar qəddini düzəldir
FED rəsmilərinin açıqlamaları enişdi durdurdu
-
Avronu nə durdurdu?
Dünyanın aparıcı valyutalarının mübarizəsi güclənib ...
Azərbaycan Mərkəzi Bankından (AMB) mətbuata verilən məlumata görə, bankın rezervləri avqust ayı ərzində rekord səviyyədə - təxminən 1,2 milyard dollar azalıb.
Belə ki, iyul ayının sonuna olan rəqəmlərə əsasən Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının həcmi 8,5 milyard dollara yaxın idi. İndi isə Mərkəzi Bankın cəmi 7,315 milyard dollarlıq rezervi qalıb. Bu isə o deməkdir ki, Mərkəzi Bank avqust ayında manatın kursunu indiki səviyyədə saxlamaq üçün valyuta bazarına rekord səviyyədə intervensiya həyata keçirib.
Avqust ayında Qazaxıstanda təngənin kursunun sərbəst buraxılması və neftin kəskin ucuzlaşması, habelə rublun dəyərdən düşməsi, digər MDB ölkələrinin milli valyutalarının ucuzlaşması şəraitində manatın da ucuzlaşacağına dair ajiotaj yarandı.
Hətta Bakıda valyutadəyişmə məntəqələri dollar satışını dayandırdı, yaxud bəzi banklar Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən kənara çıxaraq dolları baha satmağa başladı. Həmin günlərdə Mərkəzi Bank valyuta bazarında yaranmış ajiotajı yatırmaq üçün cəmi iki gündə təxminən yarım milyard dollarlıq intervensiya həyata keçirmişdi.
Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının bir ayda kəskin azalması manatın növbəti dəfə devalvasiyaya məruz qalacağına dair narahatlıqları artıra bilər.
Xatırladaq ki, 2014-cü ilin sonunda Mərkəzi Bankın 13,7 milyard dollarlıq rezervi var idi. 2015-ci ilin əvvəllərindən başlayaraq Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün hər ay 1 milyard dollara yaxın valyuta satıb.
Fevral ayında manatın 34 faizlik devalvasiyası da ehtiyatlarının azalmasının qarşısını ala bilməyib, sonrakı aylarda Mərkəzi Bankın ehtiyatları təxminən ayda 1 milyard dollar azalıb. Proses iyun ayında dayanmışdı və hətta Mərkəzi Bankın rezervlərində cüzi artım qeydə alınmışdı.