Deputat gömrüyü tənqid etdi
«Qaş düzəldən yerdə göz çıxarmayaq»
Aytən ZƏHRA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
Qalmaqallı sənəd gündəmdə...
Orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək
-
Parlamentdə mübahisə
Siyavuş Novruzov spikerdən siyahı istədi
-
«Qiymət qalxdısa, enməsi çətin olur»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
-
«Deputatların maaşı niyə qaldırılmır?»
Siyavuş Novruzovdan etiraz
-
Mehriban Əliyeva böyük dəyişikliklər yaradacaq
Birinci vitse-prezident dövlət idarəçiliyində yeni imkanlara açacaq
-
«Belə olmaz axı!»
Deputat Hüseynbala Mirələmov: «Dediklərimin hamısını montaj ediblər»
-
«Azdır az ye, ...»
Deputat insanları az yeməyə çağırdı
-
Belqradda insident
Musa Quliyev erməni həmkarının səsini kəsdi
-
Mollalar da lisenziya almalı olacaq
«Ehsanın hansı səviyyədə verilməsi normativ sənədlərlə tənzimlənə bilər»
-
«Elə bil «tormoz»un yoxdur»
Spiker hövsələdən çıxdı: «Deyəndə bir səviyyəli söz deyin də»
-
Prezident and içdi
İlham Əliyev müqəddəs Qurani-Şərifə əl basaraq...
-
Parlamentin bugünkü iclasında çıxış edən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dərmanların qiymətlərinin bahalaşması barədə danışıb. Modern.az xəbər verir ki, deputat «Dərman vasitələri haqqında» Qanuna iki mühüm dəyişikliyi təklif edib.
«Dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi və ya bunun minimuma endirilməsini təklif edirəm. Manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətlərində 45-50 faiz artım müşahidə edilib.
Bu da ehtiyacı olan insanlara çətinlik yaradır. Hesab edirəm ki, çörək və un məlumatları qədər dərman da strateji məhsul olduğundan, bu qərarı qəbul edə bilərik. Azərbaycana idxal olunan dərman vasitələri gömrükdə terminalda saxlanılır.
Onlar tərkibi və keyfiyyəti Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanıldıqdan sonra satışa buraxılır. Təcrübə göstərir ki, bu ekspertiza və sənədlərin dəqiqləşdirilməsi 6 aya qədər vaxt çəkir. Lakin dərmanların saxlanması üçün gömrükdə vəziyyət yaxşı olmadığından keyfiyyət itir və bu, insanların haqlı narazılığına səbəb olur.
Məsələn deyirlər ki, bizim dərmanların keyfiyyəti xaricdəkilərdən aşağıdır. Bunun da səbəbi qeyd etdiyim səbəblərdir. Təklif edirəm ki, dərmanlar terminalda deyil, topdansatış anbarında saxlanılsın və sonra satışa buraxılsın».
Deputat bildirib ki, bir aydan çoxdur sahibkarlar Türkiyə və Çindən mal gətirə bilmirlər.
«Son günlərdə gömrük məntəqələrində yeni rejimə keçidlə bağlı işlər görülməkdədir. Artıq kiçik sahibkarlar ölkəyə mal gətirə bilmirlər. Səbəb isə gətirilən mallara 36 faizlik gəlir vergisinin tətbiq edilməsidir. Bu isə ciddi narazılığa səbəb olub. Sahibkarlar deyilər ki, hətta monopoliya olanda belə, mal gətirə bilirdilər. Amma indi bunu da etmək olmur. Ona görə elə rejim yaradaq ki, sahibkarlara kömək edək. Daha qaş düzəltdiyimiz yerdə vurub göz çıxarmayaq».