vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
18:33 | 8 aprel 2016 | Cümə Məqaləyə 2494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qorxu, ya arxayınlıq yarada bilər»

Qarabağdan qayıdan astroloq: «Proqnozdan daha çox həmrəyliyə, cəsarətə və qətiyyətə ehtiyac var»

Vilayət MUXTAR

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu statusdan sonra müxtəlif insanlarla - rəsmi və qeyri-rəsmi adamlarla görüşdüm. Vəziyyətin heç də düşündüyümüz kimi ümidsiz olmadığını dedilər».

Bunu Cebhe.info-ya açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli atəşkəs razılaşması ilə bağlı sosial şəbəkə yazdığı statusa münasibət bildirərkən deyib. Qeyd edək ki, cəbhə bölgəsindən qayıdan astroloq statusunda baş verənlərlə bağlı açıqlama verilməyəcəyi təqdirdə öz bildklərini açıqlayacağını vurğulamışdı:

«Hətta bəziləri statusu silməyimi də təklif etdilər. Əslində hərbi siyasət ictimaiyyətdən gizli qalsa, daha yaxşıdır. Mən cəbhə bölgəsində olduğum müddətdə ordumuzun hansı məntəqələrdə qərar tutması barədə bir kəlmə də yazmadım. Çünki bəzi səbəblərə görə ziyanlı ola bilərdi. Amma fakt odur ki, uğurumuz var».

Səbuhi Rəhimli Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni proqnoz verib-verməyəcəyi ilə bağlı sualı da cavablandırıb. Qeyd edib ki, verilən hər hansı bir proqnoz qorxu və ya arxayınlıq yarada bilər:

«Mən yalnız ilin əvvəlində proqnoz verirəm. Bəzi fikirləri orada qeyd etmişəm. Əslində isə Qarabağla bağlı proqnozdan daha çox həmrəyliyə, cəsarətə və qətiyyətə ehtiyac var. Belə məqamlarda hansısa proqnoz qorxu və ya arxayınlıq yarada bilər. Mən də bunu istəmərəm».