vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
23:33 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 1398 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz arilərik, ərəbləri pərəstiş etmirik»

Fars millətçilər Əhəməni padşahı Kirin doğum gününü qeyd edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 28-də İranın Şiraz şəhərinin yaxınlığında yerləşən Pasarqadda, Əhəmənilər (Həxaməneşilər) sülaləsinin ilk padişahı sayılan Kirin (Kuruşun) məqbərəsi qarşısında aksiya keçirilib.

Məqbərə ətrafında toplaşan paniranist təfəkkürlü millətçi gənclər, fars millətçiliyinin əsas simvollarından sayılan Kiri (Kuruşu) anaraq ərəblərə qarşı şüarlar səsləndiriblər. «Deyirlər ki, hər şey Allahın əlindədir, bizim isə çəkdiyimiz bütün müsibətlər ərəblərdəndir», «Biz arilərik (ariyayilərik) və ərəbləri pərəstiş etmirik», «İran bizim vətənimiz, Kir (Kuruş) isə atamızdır» və «Pəhləvi, pəhləvi» şüarları səsləndirən aksiyaçılar, həm də İranın keçmiş şahının xaricdə mühacirətdə yaşayan oğlu Rza Pəhləviyə dəstək veriblər.

Bir neçə min millətçi fars gəncinin iştirakı ilə keçirilən və iki-üç saat davam edən aksiya hökumət qüvvələrinin müdaxiləsindən sonra başa çatıb. Qeyd edək ki, İranda oktyabrın 28-i (7 aban günü) qeyri rəsmi olaraq paniranistlər tərəfindən Kir (Kuruş) günü elan edilib. Bu təfəkkürün sahibləri isə son illər həmin gündə məqbərə ətrafında toplaşaraq əhəməni padşahının doğum gününü qeyd edirlər.