vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
15:30 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2517 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NASA-dan açıqlama

Hamını aldadan «fərasətli» uşaq

MÖVZU İLƏ ƏLAQƏLİ

NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb. Modern.az-ın xəbərinə görə, bu barədə NASA-nın İctimaiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.

«Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan təcrübəçi qəbul edə bilmərik», - deyə cavabda bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkə KİV-lərində K.Əhmədlinin NASA-da praktika keçmək üçün ABŞ-a getməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. K.Əhmədli isə bu barədə bir neçə televiziya kanalına müsahibə də verib.