vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
10:37 | 28 oktyabr 2016 | Cümə Məqaləyə 1961 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölkədə dini ekstremizm təhlükəsi...

Bununla kim mübarizə aparmalıdır?

İlqar ALTAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu dəfə isə deyəsən, sünni yönümlü dini radikallar baş qaldırıblar ölkədə. DTX-nin qanuni əməliyyatına qarşı, avtobusu sərnişinləri ilə partlatma kimi terror cəhdi olub... Bundan az əvvəl isə, polisin həbs əməliyyatı tədbirində polis əməkdaşlarını güllələməklə silahlı müqavimət göstərilib. Silah-sursat, terror hazırlığı, hərbiləşmiş dəstələr, dini radikal kitablar və radikal-fanatik ideologiya yayımı və s. və i.

Bu kimi hallar artıq, həyəcan təbili üçün kifayət etmirmi? Edir... Ölkəmiz Azərbaycan, onun biz-sakinlərinin təsəvvür edə bilməyəcəyi qədər dini ekstremizm təhlükəsi qarşısındadır. Suriya, Iraq variantını yetişdirə biləcək və xaos, qırğın, dağıntı səhnəsi yarada biləcək təhlükənin içindəyik!

Bu, elə bir təhlükədir ki, İslam təməli pərdəsi altında bacarıqla gizlənir, İslam məzhəb və təriqəti amilindən məharətlə istifadə edir. İslam etiqadlı kütlənin inamını çevirib, antibəşəri xislətinə haqq yolu dəstəyi də ala bilir. Əslində isə, bu təhlükə özündə siyasi-ictimai, dini, terror-quldurluğu və daha nələri təsbit edə bilən mürəkkəb müasir dünya dağıdıcı-fenomenidir. Və görünür ki, bu dini ekstremizm Azərbaycandan nəinki yan keçmir, onu özünün yuvası və özünü onun sahibi hesab edir.

Narahatedici isə odur ki, bizim cəmiyyət bu böyük təhlükəni görmür və ya lazımınca görmür və ya görüb də görməməzlik edir. Dövlət və xalqa qarşı 1 nömrəli təhlükəyə etinasız yanaşır və bunu yalnız hüquq-mühafizə, xüsusi xidmət orqanlarının görəvi və məsuliyyəti sayırıq. Ölkədə atışma-vuruşma ilə ekstremist terror qruplaşması zərərsizləşdirilib, ortada qan, ölüm itim var. Amma, bu hadisə gürcü müğənni Sosonun Bakıya gəlib-gəlməməsi xəbər-müzakirəsi yanından yel də olub keçə bilmir...

Eynilə, vaxtilə, erməni təhlükəsinə və Dağlıq Qarabağda gedən təhlükəli proseslərə biganə qaldıq. Bunu da, tam hərbimizin yükü və məsuliyyətinə buraxdıq. Və sonda, düşmənin Ağdamı alıb, Bakıya yol açdığında reallığı anlayıb, əl-ayağa düşdük. Heç, düşünə bilmədik ki, Vətənə olan təhlükəni yalnız, Vətənpərvərlik ruhu, Vətən Birliyi müqavimətində zərərsizləşdirmək olar.

P.S. Çoxsaylı şərhlərlə bağlı qeydim. Bəli, islam dini gözəl, səmavi qədər yüksək dindir. Bu cür gözəlliyi və yüksəkliyi də saxlamaq üçün əsl-təməl dindarlar radikal, aqressiv, quldur, ədəbsizləri o saf məkanlarından kənar etməlidirlər. Dindar gərək, nümunəvi: dinc, saf, tolerant, alicənab səviyyəli, alim təbiətli olsun. Daha, radikalçı: ədəbsiz, özündənrazı, qoçu, şarlatan, lənət yağdıran kimi yox. Bizim də istədiyimiz budur ki, Din amili özünün yüksək əxlaqi nümunəsi və nümayəndələri ilə Dövlət və Cəmiyyətə rahatlıq gətirsin, narahatlıq yox. Və Insan, Xalq, Millət, Vətən amillərini də, eynilə yüksəkdə tutsun.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)