vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:55 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 3275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Silah çatışmır

Ermənistan ordusundakı fəlakətli vəziyyət açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprel döyüşlərində güllə çatışmayıb, yanacaq olmayıb, yaralılara tibbi yardım göstərilməyib. Aprel ayında Dağlıq Qarabağdakı döyüşlərdə həlak olan əsgərlərin valideynləri informasiya olmadığına görə müəyyən araşdırma aparıblar və Qarabağda nə baş verdiyi məlum olub. Onların bəziləri hələ də doğmalarının hansı şəraitdə öldüyünü bilmirlər.

Modern.az xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin üzvlərinin İrəvanda keçirdiyi mətbuat konfransında assambleyanın üzvləri öz araşdırmalarının nəticələrini təqdim ediblər.

Hərbçilərin hansı şəraitdə öldükləri haqda məlumat toplamaq üçün Ermənistanda yaşayan və aprel ayında ölən  61 ailə ilə görüşüblər. Araşdırma may-iyun aylarında aparılıb.

Təşkilatın hüquq müdafiəçilərinin məlumatına görə, hərbçilərin doğmalarına onların hansı şəraitdə öldükləri haqda lazımi informasiya verilməyib. Müəlliflər qeyd edirlər ki, əsgərlər kifayət qədər hərbi sursatla təmin olunmayıblar, tibbi yardım gecikib, bəzi hərbçilər isə orduya qanunsuz çağırılıblar.

61 ailədən yalnız birinə insidentdən sonra əsgərin hansı şəraitdə öldüyü haqda xəbər verilib. 13 halda ailə üzvləri şəxsən hadisə yerinə gedib hərbçinin necə öldüyünü aydınlaşdırmağa çalışıb. Hərbçinin ölməsi haqda valideynlərinə telefonla pafosla məlumat verilməsi halları da olub.

«Zəng edib hərbçinin ölümü haqda məlumat verəndə belə deyirmişlər: «Siz  qəhrəmanın anasınız, qəhrəmanın atasınız». Valideynlərə qəhrəmanlaşdırılımış obrazda xəbər çatdırmağa cəhd edilib», - bunu təşkilatın sülhməramlı proqramının əlaqələndiricisi Armine Sadikyan deyib.

Aprelin 2-dən 30-dək müddətdə ölən 53 hərbçinin ailəsi yaxının ölməsi ilə bağlı hərtərəfli informasiyaya malik deyil. Vanadzor ofisinin rəhbəri Artur Sakuntsyanın sözlərinə görə, valideynlərlə aparılan araşdırma nəticəsində məlum olub ki, orduda silah çatışmazlığı olub.

Aprelin 2-də Cəbrayıl rayonunda ölən əsgərin doğmaları onun öldüyü yerə gedərək öyrəniblər ki, silah çatışmazlığı üzündən bu ərazidə bir hərbçi sağ qalmayıb. Onlarla digər hərbçilər görüşüblər, xəbər veriblər ki, onlar çox şey danışa bilərlər, ancaq xidmətdə olduqları üçün bu haqda danışa bilmirlər.

Araşdırmanın nəticəsinə görə, həmin müddətdə ən azı 3 ailəyə onların yaxını olan hərbçinin keyfiyyətsiz tibbi yardım göstərildiyi səbəbindən öldüyü xəbər verilib. Məsələn, aprelin 26-da ölən Ayk Minasyan yaralandıqdan sonrakı 5 saat müddətində tibbi yardım almayıb.

Təşkilatın məlumatına görə, doğmaları bildirib ki, 15 hərbçinin xidmətə çağırılana qədər sağlamlıqla bağlı problemləri olub. Onların əksəriyyəti gözlərində, ürəyində və sümük sistemində problemlərlə xidmətə aparılıblar.

Sakunts deyib ki, iki ailəyə tabutu açmağa icazə verilməyib: «Qohumları deyiblər ki, dəfndən əvvəl bütün gecəni polislər tabutun yanında keşik çəkiblər. Anası isə təkidlə iddia edir ki, həmin tabutdakı meyit onun oğlunun olmayıb, hətta ola bilsin ki, tabut boş olub».

Hüquq müdafiəçiləri qeyd edirlər ki, ölən hərbçilərin əksəriyyəti kasıb ailələrdəndir.