

Harutyunyan açdı sandığı, tökdü pambığı
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
Zavod yenidən işə başlayır, hava limanı isə hələ də bağlıdır
“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb
Avqustun tən ortasında ...
Makronun bicliyi, Əliyevlə Paşinyanın yeni görüşü
Praqada dördlü zirvə gözlənilir
... Yaxud səfirlərin Şuşa əməliyyatı və Brüssel-Moskva savaşı
Əsir azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətləri ...
... Yaxud Brüssel görüşündən gözləntilər
... Və Paşinyanın üç auditoriyaya mesajı
Prezidentdən xəbərdarlıq: ““Status” sözü yeni qarşıdurmalara səbəb olacaq”
Armen Qriqoryan: “İşçi qruplar bu məsələdə irəliləyişə necə olacağını müzakirə edəcəklər”
Mariya Zaxarova: "Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamağa çalışmayacaq”
“...Bir minanı basdırmaq 3, çıxarmaq min dollara başa gəlir”
Türkiyə nəticələrdən məmnundur
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur «Palais des Beaux Arts» sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının ləğv edilməsi təmin olunub.
«Report»un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
«İndi Ermənistanın dövlət təbliğat maşını müxtəlif yalan və bəhanələrlə bu uğursuzluğa bəraət qazandırmağa çalışır» - H.Hacıyev vurğulayıb.
O bildirib ki, qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu xüsusi olaraq qeyd edilməlidir: «Milli Məclis tərəfindən bu istiqamətdə zəruri önləyici addımlar atılıb, Belçikanın qanunverici orqanı, Avropa Parlamenti və digər aidiyyəti tərəflərlə davamlı iş aparılıb».
Xatırladaq ki, separatçıların təbliği məqsədi ilə Brüsselə səfər etməyi planlaşdıran özünü qondarma rejimin «rəhbəri» kimi təqdim edən Bako Saakyanın səfərinin də ləğv edilməsinə nail olunub.