vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNEY  
02:11 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1091 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehranı Urmiya maraqlandırmır

Fars-molla rejimi göldən və gözdən pərdə asır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Urmiya gölü üçün ayrılmış büdcə vəsaiti təmin edilməzsə, gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin icrası dayandırılacaq».

Bu sözləri Urmiya Gölünün Bərpası Mərkəzinin Şərqi Azərbaycan nümayəndəsi Xəlil Sai bildirib. «Urmiya gölünün bərpası mərkəzi cari ildə 1700 milyard tümən məbləğində vəsait tələb edib, lakin Nazirlər Kabineti bir sıra araşdırmalardan sonra, tələb olunan məbləğin 6/1-ni, yəni 300 milyard tümən vəsait ayırdı. Təəssüflər olsun ki, günümüzə kimi bu məbləğ də ödənilməyib və əgər ilin sonuna kimi vəziyyət dəyişməsə, gölün bərpası ilə bağlı layihələrin icrası tamamilə dayandırılacaq» - deyə o qeyd edib.

X.Sai əlavə edib ki, Urmiya gölündə suyun hündürlüyü ötən ilə nisbətən 20-30 santimetr artıb. «Lakin gölün bərpası istiqamətində görülən işlər davam etdirilməsə, göl keçmişdəki vəziyyətə qayıdacaq»- deyə Mərkəzin Şərqi Azərbaycan nümayəndəsi xəbərdarlıq edib.

Ötən günlərdə Urmiya Gölünün Bərpası Mərkəzinin rəisi İsa Kəlantəri də oxşar açıqlama ilə çıxış edərək maliyyə çatışmazlığı ucbatından gölün bərpası prosesinin dayandırıldığını bildirmişdi. O, da Büdcə və Planlaşdırma Təşkilatını öz öhdəliyini yerinə yetirməməkdə günahlandıraraq, bu barədə ölkə prezidenti Həsən Ruhaniyə məlumat verildiyini diqqətə çatdırmışdı.