vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNEY  
02:59 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 919 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yardım Fondu yaradılmalıdır

Urmiya gölünü böhrandan qurtarmaq üçün daha bir təklif

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı millət vəkili Nazirlər Kabinetinin Urmu gölünə ayırdığı büdcə vəsaitinin, Urmiya Gölünün Bərpası Mərkəzinə ödənilmədiyi səbəbindən, gölün canlandırılması üçün Yardım Fondunun yaradılmasını təklif edib.

Bu barədə Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar «Fars news» agentliyinin müxbirinə danışıb.

«Mən Urmiya gölünün canlandırılması üçün Yardım Fondunun təsis edilməsini təklif etmişəm. Urmiya gölü adına Yardım Fondunun yaradılması, əhalinin bu məsələyə cəlb edilməsinin başlanğıcı olacaq. Nəzərə almaq lazımdır ki, əhali bu işə cəlb olunmasa, gölü böhrandan qurtarmaq mümkün olmayacaq. Biz Yardım Fondu yaratmaqla hətta dünyanın müxtəlif yerlərindən yardım əldə edib və gölün dirçəlməsinə kömək edə bilərik»- deyə o qeyd edib.

Millət vəkili nəzərdə tutduğu planın hələlik sadəcə təklif həddə olduğunu, lakin bununla bağlı Qərbi Azərbaycanın millət vəkilləri və Urmiya Gölünün Bərpası Mərkəzinin yetkili şəxsləri ilə məsləhətləşmələr apardığını deyib.

Qeyd edək ki, ötən günlərdə bir neçə yerli məsul, o cümlədən millət vəkilləri və Urmiya Gölünün Bərpa Mərkəzinin yetkili şəxsləri göl üçün ayrılan büdcə vəsaitinin ödənilmədiyini və nəticədə Mərkəzin həyata keçirdiyi layihələrin icrasının dayandırıldığını bildiriblər.

«Urmiya Gölünün Bərpası Mərkəzi cari ildə 1700 milyard tümən məbləğində vəsait tələb etmişdi, lakin Nazirlər Kabineti bir sıra araşdırmalardan sonra bu iş üçün sadəcə 300 milyard tümən vəsait ayırdı. Təəssüflər olsun ki, günümüzə kimi bu məbləğ də ödənilməyib və əgər ilin sonuna kimi vəziyyət dəyişməsə, gölün canlandırılması ilə bağlı layihələrin icrası tamamilə dayandırılacaq» - deyə Urmiya Gölünün Bərpası Mərkəzinin Şərqi Azərbaycan nümayəndəsi Xəlil Sai bildirib.

Mərkəzin rəisi İsa Kəlantəri də oxşar açıqlama ilə çıxış edərək maliyyə problemi ucbatından gölün canlandırılması prosesinin dayandırıldığını qeyd edib. «İşlərin davam etməsi üçün yalnız bir çıxış yolu var, o da nəzərdə tutulan büdcə vəsaitinin ödənilməsinin təmin edilməsidi. Biz hazırda bunu gözləyirik» - deyə İ.Kəlantəri bildirib.