vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNEY  
18:18 | 26 noyabr 2016 | Şənbə Məqaləyə 1048 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərk sədrinin BMT-də sərt sözləri

Xanım Jalə Təbrizi təmsil etdiyi qurum tərəfindən İnsan Haqları Şurasında keçirilən iclasda çıxış edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin məsulu xanım Jalə Təbrizi BMT İnsan Haqları Şurasında Azlıqların Hüququ mövzusunda keçirilən illik iclasda çıxış edib.

Xanım Təbrizi hazırladığı raportda Güney Azərbaycandakı son vəziyyət, inan haqlarının durumu və Urmu gölü mövzusuna işarə edib.

«Urmu gölü qurumaq üzrədir. Göldə yaranan böhran səbəbindən bölgə əhalisini göz, allergiya, qan təzyiqi və s. kimi xəstəliklər təhdid edir. Urmu gölü böhranı ümumiyyətlə gölün ətrafında yaşayan 5 milyon azərbaycanlının həyatına bir başa təsir edir»- deyə raportun bir hissəsində qeyd olunub.

Xanım Təbrizi çıxışında İran prezidenti Həsən Ruhaninin seçkiqabağı təbliğat-təşviqat dönəmində verdiyi vədləri də xatırladıb.

«H.Ruhani bu günə kimi çoxlu vədlər verib. O seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmiya gölünün canlandırılması ilə bağlı vəd vermişdi. Lakin verdiyi vədlər hamısı söz həddində qalıb və bu günə qədər verilən sözlərin heç biri yerinə yetirilməyib. İran hökuməti Urmu gölünü olduqca siyasiləşdirib və dövlət göl üçün ayrılan büdcə vəsaitinin ödənilməsini təmin etmir» - deyə o əlavə edib.

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti tərəfindən verilən məlumata görə, xanım J.Təbrizinin iclasdakı çıxışı yaxın günlərdə daha geniş şəkildə yayılacaq.