Moskva toplantısının 3 məqamı
Suriyaya hərbi birlik göndərilməsi indiki şərtlər altında Azərbaycanın maraqlarına cavab vermir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Çapaladıqca batır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
-
Şoyqunun yoxsul vətəni
Qırmızı meydanda Tuvanın milli bayrağını qaldırmağa qoymayıblar
-
Nə yazacaqlar?
Rusiya MDB ölkələrində ortaq tarix dərsliyi təklif edir
-
Heydər Əliyev nə demişdi?
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
-
Şoyqu 12 gündür yoxdur
Baş Qərargah rəisi Valeri Gerasimovu da gördüm deyən olmayıb
-
Generalın onu “nişan alan” ermənilərə sillə cavabı
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
-
“Müharibəyə hazırlaşın”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
-
“Sahibsiz torpaq yoxdur”
Zakir Həsənov: “Laçına gedən yol artıq ordumuzun nəzarətindədir”
-
“Ona insan deməzdim...”
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...
-
“İskəndər”in qənimi “LORA”
İsraildən alınan, HHM qüüvələrini qorxulu röyası olan, hədəfi 10 saniyə ərzində 10 metr dəqiqliklə vuran operativ-taktiki kvaziballistik raketlərini raketdən müdafiə sistemləri tuta bilmir
-
“Polonez”lər gəldi
Azərbaycan “İskəndəri” kölgədə qoyan raket kompleksləri ilə silah arsenalını zənginləşdirdi
-
Nazir Türkiyəyə gedir
Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub
-
“Ukrayna müstəqilliyini itirib”
Lavrov: ““Ya bizimlə, ya da bizə qarşı” seçimi dövlətçiliyin kollapsıdır”
-
Ukrayna MDB-dən çıxır
Petro Poroşenko XİN-ə tapşırıq verdi
-
Nazirin Çin səfərində əsas hədəf
Elxan Şahinoğlu: “Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq...”
Noyabrın 30-da Moskvada Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirildi. Bu iclas bəlkə də xüsusi diqqət çəkməzdi. Ancaq ən azı 3 məqam diqqəti bu toplantıya yönəltdi.
Birinci məqam. Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdə dedi ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur. Seygey Şoyqunun bu cümləsi Moskvanın Xəzərdə gələcək planları ilə bağlıdır. Rusiya 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı ortaq strukturun yaradılmasına çalışır. Rəsmi Bakının bu təklifə hələ ki, konkret cavabı yoxdur. Çünki, işğalçı Ermənistanın hərbi müttəfiqi avtomatik olaraq Azərbaycanın hərbi müttəfiqi ola bilməz. Rusiyadan silah və sursat almaq başqa, bu dövlətlə birgə hərbi struktur yaratmaq başqa. Ümumiyyətlə iki nazirin görüşünün sonunda iki ölkənin Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalandı. Əməkdaşlıq planına qərargah danışıqları və təhsil aiddir. Ancaq Rusiya Müdafiə Nazirliyi əməkdaşlığa dair əlavə müddəalar təklif etməyi planlaşdırır. Aydındır ki, bu təkliflər elə Xəzərdə birgə əməkdaşlığın genişlənməsini ehtiva edir. Görünür, bu yolla Moskva iki məqsədinə çatmaq istəyir. Birinci məqsəd ABŞ-ın Xəzər akvatoriyasında mümkün fəallığının qarşısını almaq, ikinci məqsəd isə Azərbaycanı hərbi əməkdaşlığa cəlb etməklə Vaşinqtonun çox çalışdığı Transxəzər (Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi) layihəsinin reallaşmasını əngəlləməkdir.
İkinci məqam. Sergey Şoyqu Azərbaycanla hərbi əməkdaşlıq haqqında xoş sözlər söyləməsinə rəğmən, Moskvada əsas sənədi Ermənistanın müdafiə naziri Viqen Sərkisyanla imzaladı. Söhbət iki ölkə arasında birləşmiş qoşun qruplaşmasının yaradılmasından gedir. Şoyqu Azərbaycanın ünvanına dediklərinin eynisi Ermənistanın ünvanına dedi: «Rusiya Ermənistanla hərbi təhsil sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiya-Ermənistan münasibətləri müxtəlif razılaşmalar və müqavilə-hüquq bazası əsasında yaxşı qurulub. Ən əsası isə Rusiya ilə Ermənistan arasında tarixi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğudur». Qeyd edək ki, birləşmiş qoşun qruplaşmasına Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin birləşmələri daxil olacaq.
Üçüncü məqam. Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iclası ilə eyni gündə Kremlin nəzarətindəki «Nezavisimaya qazeta»da maraqlı məqalə yayınlandı. Həmin məqalədə yazılırdı ki, Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada «sülhün təmin olunması» üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilərlər. Mümkündür ki, bu mövzu Sergey Şoyqu ilə Zakir Həsənov arasında da müzakirə olunub.
İndiki şərtlər altında Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir.
Birincisi, Azərbaycanın İraq, Kosovo və Əfqanıstandakı sülhməramlıların tərkibində iştirakı ümumi koalisiyanın varlığı ilə əlaqəli idi. Suriyada isə terrorçulara qarşı savaşan beynəlxalq koalisiya yoxdur. İkincisi, Azərbaycanın Ermənistan hərbçiləri ilə eyni koalisiyada iştirak mümkün deyil. Üçüncüsü, Azərbaycanın Rusiyanın rəhbərliyi altında koalisiyada iştirakı rəsmi Bakının tərəf seçməsi anlamına gələcək. Yəni rəsmi Bakı yüzminlərlə insanın qətlinin səbəbkarı Bəşər Əsəd seçəcək, qarşısında isə strateji müttəfiqi Türkiyəni və ABŞ görəcək.
Bu arada, Azərbaycan Parlamentində deputatların bir qismi Rusiyanın regional siyasətini tənqid etdilər. Rusiya təhlükəli qonşu olduğundan rəsmi Bakı «İsgəndər» raketlərinin Ermənistana verilməsi və Rusiyanın bu dövlətlə birgə hərbi birlikləri yaratması qərarına görə Moskvanı tənqid etmək istəmir. Buna baxmayaraq, «Rusiya işğalçı ölkədə «İsgəndər» raketlərini yerləşdirməklə, Ermənistanla birgə qoşun birlikləri yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyinə kölgə salır» ifadəsi Bakıda səslənməlidir. Əgər Azərbaycan rəsmilərnin bu açıqlamanı səsləndirməsi problematikdirsə, bu tip fikirlərin parlamentdə səslənməsi vacibdir. Deputatlar deyiblər ki, Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır. Bu cür tənqidlər daima səslənməlidir ki, Moskvada anlasınlar ki, Azərbaycanda Rusiyanın regional siyasətindən ciddi narazılıq var bu şərtlər daxilində Azərbaycan-Rusiya hərbi əməkdaşlığını üst səviyyəyə qaldırmaq çətindir.