vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:39 | 5 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 873 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya möhkəmlənəcək, Azərbaycan isə …»

MKİ-nin «kölgəsi»ndən proqnoz

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kölgəsi sayılan, ABŞ-da fəaliyyət göstərən kəşfiyyat-analitik şirkəti «Stratfor» növbəti hesabatını yayımlayıb.

Modern.az xəbər verir ki, yeni hesabatda şirkətin dünyanın yaxın geosiyasi gələcəyi üçün proqnoz verib. «Stratfor»un ekspertlərinin fikrincə, Tramp administrasiyası Rusiya ilə «istiləşmə»yə başlayacq və 3 illik sanksiyaları ləğv edəcək. Bu Rusiyaya keçmiş sovet respublikalarında aktivləşməyə zəmin yaradacaq.

Avropa İttifaqındakı bölünmə də ucuz neft qiymətləri və sanksiyalardan əziyyət çəkən Rusiyanın işini asanlaşdıracaq.

Proqnozlaşdırılır ki, postsovet respublikaları Qərbə olan münasibətlərini dəyişəcəklər.

1. Moldovanın yeni sosialist prezidenti İqor Dodon Rusiya ilə daha sıx iqtisadi münasibətlər qurmağa çalışacaq.

2. Gürcüstan de-fakto müstəqil Abxaziya və Cənubi Osetiyaya qarşı münasibətini yumşaldacaq.

3. Ukrayna artıq Qərbin hərtərəfli dəstəyinə inamını itirəcək və Minsk razılaşmalarına başqa cür yanaşacaq.

4. Özbəkistan və Azərbaycan Rusiyadan daha  çox silah almağa və hərbçilərini bu ölkədə hazırlıq keçməyə göndərəcək.

«Stratfor» ABŞ və Avropa İttifaqındakı qeyri-müəyyən şəraitdə Rusiya keçmiş sovet respublikalarında nüfuzunu bərpa etməyə çalışacaq.