vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
23:39 | 16 iyul 2022 | Şənbə Məqaləyə 1029 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MKİ rəhbərinin Ermənistana qəfil səfəri

Uilyam Börns bir neçə saatlıq ziyarətdə iki görüş keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Ermənistana qəfil səfərə gəlib. Rusiyanın dövlət xəbər agentlikləri anonim diplomatik mənbələrə istinadən ABŞ kəşfiyyatı başçısının bir neçə saatlıq İrəvana baş çəkdiyini bildiriblər. Börnsün İrəvana səfəri o qədər qəfil baş verib ki, hətta Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu barədə əvvəlcədən məlumatı olmayıb. Hər halda qurum özü belə açıqlama verib. Uilyam Börns bir neçə saat ərzində iki rəsmi ilə görüşüb.

MKİ rəhbəri İrəvanda ilk olaraq baş naziri Nikol Paşinyanla görüşüb. Ermənistan baş naziri ofisinin məlumatına görə, tərəflər beynəlxalq və regional təhlükəsizlik və terrorla mübarizə məsələlərini müzakirə ediblər. Börns və Paşinyan habelə Cənubi Qafqaz regionundakı vəziyyətdən danışıblar.

İkinci görüş Ermənistan Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Armen Qriqoryanla olub. Tərəflər ABŞ-Ermənistan qarşılıqlı münasibətlərini müzakirə ediblər.

MTŞ-nin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, Armen Qriqoryan qonağa Ermənistan və regionda olan təhlükəsizlik vəziyyəti barədə məlumat verib.

Bu da bildirilir ki, Börns və Qriqoryan Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında danışıqlar prosesini də müzakirə ediblər.

ABŞ-ın Ermənistandakı səfirliyi MKİ başçısının Ermənistana səfəri barədə şərh verməkdən imtina edib. Bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi başçısının Ermənistana ilk səfəridir.