
Həbsxanalar doldu-daşdı
Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür
Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
Azərbaycanla bağlı həqiqəti deyənlər “dövlət üçün təhlükəli şəxslər” siyahısına salınır
Fransada hər 3 dəqiqədə bir uşaq zorlanır və ya cinsi istismar edilir
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
Ölkəsində reytinqi yerlə gedən Makronun səsvermə fobiyası yaranıb
İkinci əl geyim satış platforması “Vinted Kiabi” “Amazonu” keçərək zirvəyə çıxdı
Məhkəmə məşhur aktyora 18 aylıq cəzadan əlavə 20 min avro cərimə kəsib
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
15 diplomatın deportasiya edilməsi haqqında qərar verildi
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Kino tarixində yeni dil, bir hekayəni, hissləri, düşüncələri ötürmək üçün yeni kinematoqrafik üsul – fransız “Yeni dalğası” bizə nəyi öyrədir? Kinematoqrafiya dənizini dalğalandıran və o dalğanın altında köhnəlmiş kino estetikasını gizlədən sənətkar-üsyançılar bizə nəyi çatdırmaq istədi və bunu necə bacardı? Kino estetikasında “Yeni formalar” arxasınca gedən gənc sənətçilər nələrə nail olmaq üçün nələri enmək qərarına gəldilər? Onlar kino sənəti və ölkədəki siyasi-ictimai vəziyyət arasında hansı əlaqə qurmuşdular?...
Hələ fransız “Yeni dalğası”ndan çox-çox əvvəl – kinematoqraf yaranandan 1950-ci illərin sonlarına qədər Fransanın kino sənəti studiya çəkilişi çərçivəsində inkişaf edir, primitiv mövzuları əhatə edir və pafoslu, süni oyunu, uzun-uzadı məna kəsb etməyən səhnələri özündə birləşdirirdi.
1950-ci illərdə bir qrup fransız kino tənqidçisi və jurnalistlər kino sənətinin bu tərzdə mövcudluğuna və inkişafının dayanmağına tab gətirməyərək kameraları əllərinə aldılar və fransız kinosunu xilas etmək uğrunda küçələrə çıxaraq ilk müəllif filmlərini ərsəyə gətirdilər. İlk dəfə bir rejissor öz əsərinin həm ssenaristi, həm operatoru, həm rəssamı, lazım gələndə hətta aktyoru oldu. Müəllif filmi rejissor-sənətkarın sənət əsəri idi, o sanki bir rəssam kimi öz daxili düşüncələrini, narahatlığını, öz zövqünü, dünyaya baxışını, öz hisslərini kətanda əks etdirirdi.
Kinematoqraf studiyalardan ayrılaraq azad sənətə çevrildi və öz yoluna artıq prodüserlərin diktəsi ilə deyil, sənətçinin ətraf hadisələrə öz münasibəti ilə davam edirdi. Filmlər pyeslərdən alınan süjetlərlə və primitiv, bəsit ssenarilərdən qurtularaq, yeni mövzulara üz tutdu. Rejissorlar vicdan, ədalət, mühakimə, sevgi, ölüm və yaradılış mövzularına yeni baxış sərgilədilər. Onlar cəmiyyətin yazılmamış qanunlarına, ölkədəki siyasi duruma öz münasibətini göstərərək onlara təsir edirdi. Kinematoqrafın yeni dalğası qəhrəman və cəmiyyət arasında qarşıdurma yaradaraq onların bir-biri ilə razılığa gəlməyinə imkan vermirdi. Burada əsasən cəmiyyətdə insani dəyərlərin itməsi tənqid olunurdu.
1968-ci ildə Jan Lük Qodar, Fransua Trüffo, Jan Pyer Leo və Klod Berrinin başçılığı ilə kinematoqrafçılar ölkədəki siyasi-ictimai vəziyyətə münasibət bildirmək üçün burjua Kann festivalının yarıda kəsilməsinə nail oldular.
“Yeni dalğa”nın rejissorları kino sənətinə oturuşmuş qaydalardan çıxaraq yeni formalar gətirə bildilər.
Jan Lük Qodar montaj prosesində kadrları gözlənilmədən kəsməklə (Jump cut) və filmdə personajların qəfil kameraya baxaraq danışmaqla tamaşaçıda kənarda qalma hissini oyatdı və sadəcə bir film izlədiyini xatırlatdı. Anyes Varda bədii və sənədli janrların sintezindən yaranmış filmləri ərsəyə gətirdi. Kris Marker fotoşəkilləri arxa fonda səsləndirməklə, Jak Demi personajların bütün dialoqları musiqili oxumaqla, Fransua Trüffo qəhrəmanlarını realist üslubda bütün ruh çılpaqlığı ilə göstərməklə, Klod Leluş personajların düşüncələrini səsli canlandırmaqla fransız kinematoqrafiyasının inkişafını təmin etdilər.
Rejissor-sənətkarlar bizə kinonun fərqli ola biləcəyini, sənətçinin iç dünyasının əks etdirdiyini və heç bir çərçivəyə sığmadığını göstərdilər. Bizə isə bu sənət əsərlərinə baxaraq bunu öyrənmək və ən əsası “Yeni dalğa”nın prinsiplərini xatırlayaraq: cəsarətli və tamaşaçı ilə səmimi olmaqla, insan faktorunu üstün tutaraq insani dəyərlərə önəm verməklə, cəmiyyətə, həyata öz mövqeyini sərgiləməklə rejissor-sənətkar kimi hərəkətə keçmək qalır. Bizim kinonun da yeni nəfəslərin gücü ilə dalğalanaraq mədəniyyət sahilinə öz sənət əsərlərini gətirməsini diləyirik...