Məxfi sənədlər açıldı
ABŞ Azərbaycanın qonşuluğunda baş naziri necə devirdi...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Soyuq müharibənin buz adamı
Vulsi Klintonla birbaşa çox az əlaqə saxlayır və prezidentlə nadir hallarda görüşürdü
-
Görünməmiş təhdidlərə qarşı-qarşıya
ABŞ və Böyük Britaniya kəşfiyyatı əməkdaşlığın vacibliyini qəbul edir
-
Kennedinin qətli Kubanın işğalına bəhanə olmalı idi
“Qatil qətldən 3 ay əvvəl MKİ-nin gizli əməliyyatında iştirak edib”
-
MKİ rəhbərinin Ermənistana qəfil səfəri
Uilyam Börns bir neçə saatlıq ziyarətdə iki görüş keçirib
-
“Qalan 20 faizi də...”
Pompeo İranın “nəfəsini kəsmək” niyyətində qəti olduqlarını açıqladı
-
ABŞ müəyyən nəticələr çıxarıb
İndidən “S-500”lərə köklənmək tez deyilmi?..
-
“Buna məcbursunuz”
Tramp zəng etdi, qiymət düşdü
-
Venesuelaya sanksiyalar bazara təsir edəcək
Bakı görüşünün OPEC+ formatını uzatmağa zəmin yaradacağı gözlənilir
-
Qlobal neft hasilatı azalıb
2019-da qara qızıla tələbat artacaq
-
Azərbaycan nefti ucuzlaşdı
Qiymətlərdə 10 sent düşmə var
-
Diktator ölkəsini blokadaya alıb
Maduronun “başkəsənləri” humanitar yardıma od vurdu, ABŞ ultimatum verdi
-
“Səddamı da bu yolla devirdilər”
Elxan Şahinoğlu: “MKİ Venesuelanın ordu generalları ilə danışıqlar aparır”
-
Venesuelaya qarşı sanksiyalar sərtləşdi
Bu dəfə hədəfdə olanlar əsasən güc strukturlarının rəhbərləridir
-
Neft daha da bahalaşdı
ABŞ və Çinin sayəsində
-
66 dolları keçdi
Neft qiyməti üzüyuxarı istiqamət götürüb
-
“Brent”in qiyməti yüksələcək
“Goldman Sachs” 67, “Spenser Welch” 70 deyir
Heç demə ABŞ Dövlət Departamenti 1953-cü ildə ABŞ-ın dəstəklədiyi çevrilişlə bağlı sənədləri səssiz-səmirsiz yayıbmış. Virtualaz.org xəbər verir ki, bu barədə «The Associated Press» agentliyinin məqaləsində deyilir.
Agentliyin yazdığına görə, nə vaxtsa rəsmən tarixdən silinmiş bu sənədlər həmin dövrə yeni baxış ortaya qoyur. Axı, məhz bu əməliyyatdan sonra ölkə İslam İnqilabına və Qərblə düşmənçiliyə doğru yol aldı.
Baş nazir Məhəmməd Musəddiqin devrildiyi, şahın nəzarətinin möhkəmləndiyi həmin çevrilişdə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rolu çoxdan bəlli idi. Ancaq Dövlət Departamentinin 1989-cu ildə həmin dövrə aid qısa hesabatında Amerikanın çevrilişdəki roluyla bağlı məlumatlar çıxarılmışdı və tarixçilər bunu «saxtakarlıq» adlandırmışdılar.
Lakin bu ay açıqlanmış sənədlər göstərir ki, Birləşmiş Ştatlar kommunizmin yayılmasından, Britaniyanın İranın neft sənayesini yenidən ələ keçirmək niyyətindən narahat imiş. O zaman Musəddiq neft sənayesini artıq milliləşdirmişdi. «Hesabat Yaxın Şərq, özəlliklə də ABŞ-İran tarixində bu böyük hadisə haqda daha çox bilgi verir. Bu, iranlılardan ötrü vacib, emosional məqamdır» – Corc Vaşinqton Universitetində iranşünas Malkolm Brune deyib.
«Çox adam həmin çevrilişi iranlıların demokratiyadan üz çevirdiyi gün sayır», – o, sözlərinə əlavə edib.
1007 səhifəlik hesabat məktublardan və diplomatik yazışmalardan ibarətdir.Sənədlərə əsasən ABŞ rəsmiləri çevrilişdən bir il öncə onu götür-qoy edirmişlər. Amerika Sovet İttifaqının İrana təsirindən narahat olduğu bir vaxtda Britaniya Abadandakı neft emalı zavodunun milliləşdirilməsiylə bağlı mübahisəni həll etməyə çalışırdı. 1951-ci ildə baş nazir Əli Razmaranın qətlindən sonra çoxları ölkədə sabitsizliyin yaranacağından ehtiyatlanırdılar.
«Neft sənayesinin milliləşdirilməsi, üstəgəl İranın yüksəkrütbəli rəsmilərinin, hətta şahın belə mümkün qətli İran hökumətinin tamamilə parçalanmasına və sosial itaətsizliyə yol açar ki, sonucda İran satellit dövlətə çevrilər», – MKİ-nin hesabatda yer almış bir şərhində deyilir.
Elə bu narahatlıqlar nəticəsində MKİ çevriliş üçün kod adı olan TPAJAX yaradıb. Sənədlərə görə, MKİ bir mərhələdə 10 min üzvü olan partizan təşkilatı üçün altı ay ərzində yetərincə silah və partlayıcı maddə toplayıb. Mərkəzi Kəşfiyyat İdarəsi rüşvət və digər xərclərə 5.3 milyon dollar xərcləyib ki, bu məbləğin hazırkı ekvivalenti 48 milyon dollara bərabər olar. Sənəddə aradabir qeyd olunur ki, İran təhlükəsizlik xidmətinin bir neçə aparıcı üzvü bu təşkilatın muzdlu agentləridir.
MKİ şiə İranında nüfuzlu ilahiyyatçıların da dəstəyini ala biləcəyinə ümidini ifadə edib. Bəzi sənədlər Amerika rəsmilərinin ayətulla Abdulqasem Kaşani ilə təmas qurduğunu göstərir. İran parlamentinin Britaniyaya qarşı çıxan bu lideri sonradan Musəddiqə əks mövqe tutdu.
MKİ problemlərlə də üzləşibmiş. Onların başında şah Məhəmməd Rza Pəhləvi gəlirmiş. Diplomatlar və casuslar ona öz aralarında «zəif bənd», yaxud «qıcıq» deyirmişlər. «Onun qərar verə bilməməsi və siyasi həyata müdaxiləyə meyllənməsi bəzi hallarda pozucu rol oynayıb», – Tehrandakı ABŞ səfirliyi 1953-cü ilin fevralında MKİ-yə göndərdiyi diplomatik teleqramda xəbərdarlıq edirdi.
Sənədlərə əsasən şahı çox vaxt əkiz bacısı Şahzadə Ashraf və bir ABŞ generalı dilə tuturmuş. Musəddiq çevriliş haqda informasiya alandan sonra onu önləyə bilib, şah Bağdada, daha sonra İtaliyaya gedib. Ancaq MKİ-nin də qismən alovlandırdığı etiraz aksiyaları Musəddiqin çöküşü, monarxın qayıdışı ilə nəticələnib.
Hesabatda 1989-cu ildə açıqlanmış sənədlərdən silinmiş hissələr bərpa olunub. Brune və digərlərinin fikrincə, bu sənədlərin açıqlanması, ola bilsin, nüvə danışıqları ucbatından yubadılıb. Çünki Obama administrasiyası Tehranla münasibətlərdəki gərginliyi zəiflətməyə çalışırdı. İranla bağlı daha sərt mövqe tutan Donald Tramp administrasiyası isə bu prosesi sürətləndirdi.
İranda uzun müddət həmin çevrilişə Qərbin müdaxiləsiylə bağlı qəzəb mövcud olub. Nəhayət, 1979-cu ildə iranlılar ABŞ səfirliyini tutub və içəridəkiləri 444 gün girov saxlayıb. Bu gün də İranın dini liderləri Birləşmiş Ştatları hökuməti devirmək niyyəti güdən düşmən ölkə kimi təsvir edir. Prezident Duayt Eyzenhauer 1953-cü ildə gündəliyində yazırdı: «Əgər çevrilişlə bağlı bilgilər ictimaiyyətə açıqlansaydı,«biz nəinki regionda xəcalət çəkəcəydik, həmçinin gələcəkdə oxşar iş görmək şanslarımız tamamilə itəcəkdi».