vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
17:57 | 10 dekabr 2016 | Şənbə Məqaləyə 562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həddini aşan axund

«Azərbaycan müsəlmanları Netanyahunun Bakıya gəlişinin qarşısını alsınlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi dekabrın 9-da qılınan cümə namazı xütbələrində çıxış edərək Azərbaycan Respublikası müsəlmanlarını Bakıya səfəri gözlnilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxmağa çağırıb.

Öz çıxışında İsrailin baş nazirini «cinayətkar» adlandıran və açıq-aşkar anti-semitizm təbliğatı aparan axund Qüreyşi deyib ki, Netanyahu kimi şəxsləri qarşılamaq, Allah qarşısında durmaq deməkdir: «Əlləri müsəlmanlarının qanına bələnmiş bu kimi cinayətkarları qarşılamaq, onların törətdiyi cinayətlərdə şərik olmaq və Allah qarşısında durmaqdır. Allah, müsəlmanları yəhud qövmü ilə oturub durmaqdan və onlara etimad göstərməkdən çəkindirib.

İmam Hüseynin «Aşura» günündəki devizi bu olub: Dininiz yoxdursa, heç olmasa azad insan olun. Elə buna görə də hesab edirəm ki, Azərbaycan müsəlmanları bu məsələni nəzərə alaraq Netanyahunun Bakıya gəlişinin qarşısını alacaqlar».

Qeyd edək ki, yaxın günlərdə İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri gözlənilir.