«Kipr adası gedərsə, Türkiyə boğular»
93 yaşlı diplomat Şükrü Ələkdağ Türkiyə prezidentini Cenevrə müzakirələrinə imtinaya çağırıb
APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
Yunan nazirin qətliam etirafı
Keçmiş XİN rəhbəri Markulli: “Bu ağır cinayətlərə görə heç kim cəzalandırılmayıb”
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
9 yanvar tarixində Cenevrədə başlaması planlaşdırılan Kipr müzakirələri ərəfəsində İstanbulda toplantı keçirilib. Türkiyə Vəkillər Kollegiyaları Birliyinin dəstəyi ilə Milli düşüncə mərkəzi tərəfindən təşkil edilən toplantının açılışında çıxış edən mərkəzin başqanı, 57-ci hökumətin dövlət naziri Sadi Somuncuoğlu Kipr müzakirələrində ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin təmsilçilərinin iştirak etməsinin bəzi şübhələr doğurduğunu və böyük ehtimalla toplantılarda prezident Ərdoğana təzyiq göstərməyə çalışacaqlarını deyib. »Bu millət Kiprin sahibidir, ona görə dövlət başçımızı müzakirələr prosesində dəstəkləyəcəyik. ŞKTC prezidenti Akıncı və Rum tərəfinin lideri Anastiadisin apardıqları müzakirələr barədə ətraflı məlumatlar tələb edirik. İmzalanmaq üçün hazırlanacaq sazişlər qəti şəkildə Türkiyə Böyük Millət Məclisində müzakirə edilməlidir», – deyə Somuncuoğlu vurğulayıb.
Türk cəmiyyətində dərin çatlaqlar yarandığını iddia edən Türkiyə Vəkillər Kollegiyaları Birliyinin başqanı Mətin Feyzioğlu, bu durumun Kipr müzakirələrində Türkiyənin əleyhinə bir durum yaratdığını vurğulayıb: »Vəziyyət Rumlar və Yunanıstan üçün müjdəverici, Şimali Kipr Türk Cümhuriyyəti üçün isə narahatlıq doğurucudur. Yaranmış vəziyyətdə adadakı türklərə deyirlər ki, siz kiprlisiniz, bu status sizə kifayətdir. Rumların isə Kiprin tam hüquqlu sahibini olduğunu iddia edirlər. Şimali Kipr Türk Cümhuriyyəti bizim üçün Anadolunun davamıdır. Ona görə oradakı dövlətimizin adanın hamısını təmsil etməsi planlaşdırılan vahid dövlətin içində yox olmasına icazə verə bilmərik», – deyə Mətin Feyzioğlu çıxışını bitirib.
Tarixçi professor İlber Ortaylı toplantıdakı çıxışında Kipr adasının tarixi demoqrafik strukturundan bəhs edərək deyib: «Adanın yeganə gerçək yerli xalqı – Toros dağlarından oraya aparılan türklərdir. Rumlar adanın həqiqi sakinləri olmadıqlarına görə, sahiblik iddiasına da düşə bilməzlər. 1974-cü ildəki Sülh hərəkatından sonra Türkiyə adada yanlış məskunlaşdırma siyasəti aparıb, oraya yüksək səviyyəli insanları göndərmək lazım idi. Son dönəmdə adaya göndərilən 15 min Bolqarıstan türkü yerli əhali ilə qaynayıb-qarışıb, heç bir problem yoxdur». Orta Şərqdə cərəyan edən hadisələr işığında Kipr adasının Türkiyə üçün strateji əhəmiyyətindən danışan İlber Ortaylı «Unutmayın ki, Kipr adası gedərsə, Türkiyə boğular. Buna imkan verməməliyik», – deyə o çıxışını bitirib.
Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindoruk isə toplantıdakı çıxışında 1950-ci illərin əvvəlindən başlayaraq Şimali Kipr Türklərinin haqları uğrunda apardığı mübarizənin önəmindən danışıb. Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Dənktaş barədə xatirələrindən bəzi epizodlar nəql edən Hüsaməddin Cindoruk, Cenevrə müzakirələrindən əvvəl və sonra Türkiyə ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Baş qərargahın keçmiş rəisi, istefada olan ordu generalı İlkər Başbuğ toplantıdakı çıxışında Kipr adasının Türkiyə üçün təhlükəsizlik məsələsi olduğunu deyib. »Burada yazılıb ki, son söz kimindir? Əlbəttə ki, son söz millətin və millətin məclisinindir. Adada əbədi sülhün olması – iki müstəqil dövlətin yaradacağı bərabər hüquqlu federativ struktura bağlıdır», – deyə ordu generalı Başbuğ vurğulayıb. İlkər Başbuğ, prezident Ərdoğanı 12 yanvarda Cenevrədə keçiriləcək Kipr müzakirələrinə getməməyə çağırıb.
Toplantıda çıxış edən Türk diplomatiyasının 93 yaşlı duayeni, Türkiyə XİN icra aparatının keçmiş rəhbəri, CHP-nin keçmiş İstanbul millət vəkili Şükrü Ələkdağ, Kipr məsələsi ətrafında aparılan danışıqlarda Türkiyənin çətin vəziyyətə düşürülməsi ehtimalı olduğunu deyib. Adadakı daimi sülhün iki dövlətin yaradacağı konfederal struktura bağlı olduğunu vurğulayan Şükrü Ələkdağ, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncını danışıqlar prosesindəki «qeyri-ciddi mövqeyinə» görə tənqid edib. Kipr müzakirələrinin 60 illik tarixinin canlı şahidi olan Şükrü Ələkdağ da prezident Ərdoğanı 12 yanvarda Cenevrədə keçiriləcək müzakirələrə getməməyə çağırıb.
Toplantının axırında Şükrü Ələkdağ və İlkər Başbuğ iştirakçıların suallarını cavablandırıblar.