Kipr probleminin həlli Qarabağ üçün açar ola bilərmi?
Politoloqlar Kiprdə aktivlik nümayiş etdirən BMT-yə Qarabağda ümidli deyillər...
Şəfa TAPDIQ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
250 min sərmayəyə “qızıl viza”
Yunanıstan hökuməti kirayə ev sahiblərinə 3 illik vergi azadlığı vəd edib
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
Ciddi təhlükə ilə üz-üzə
Görənlər dəhşətə gəlib, 100 tondan çox ...
-
Bu il yanğınların sayı 50 faiz artıb
Nazir fəlakətlərə görə iqlim dəyişikliyini səbəb göstərir
40 ildən artıqdır həllini tapmayan Kipr problemi çözülə bilər. Bu istiqamətdə danışıqlar gedir və BMT-nin baş katibi Antonio Quterres danışıqları «tarixi məqam» adlandırıb. Bəs bu cür gedişat Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün zəmin yarada bilərmi? BMT bu münaqişədə də aktivlik nümayiş etdirib öz qəbul etdiyi qətnamələrin icrası ilə məşğul ola bilərmi?
Politoloq Elxan Şahinoğlu «Kaspi»yə açıqlamasında dedi ki, müxtəlif vaxtlarda iki dəfə Şimali Kipr Türk Cümhuriyyətində olub və bu problemlə yaxından maraqlanıb: «Eynilə Dağlıq Qarabağda olduğu kimi, Kiprdə də 1960 və 1970-ci illərdə adanın yunan hissəsi silahlanaraq adada etnik təmizləmə həyata keçirməyə çalışıb, Xocalı soyqırımına bənzər qırğınlar törədib. Türkiyə məcbur olub adaya ordusunu yeridib və bu yolla qətliamların qarşısını alıb. Bundan sonra Kipr probleminin həlli istiqamətində danışıqlar başlayıb. Ancaq bu danışıqlar da illər uzunu Dağlıq Qarabağ danışıqları kimi nəticəsiz qalıb. Yalnız 2005-ci ildə BMT-nin keçmiş baş katibi Koffi Annan bir plan irəli sürdü və həmin plan adanın hər iki hissəsində referenduma çıxarıldı. Qüsurlarına rəğmən, adadakı türklər həmin plana «hə» dedi, yunanlar isə əleyhinə çıxdı. Avropa İttifaqı yunanları qınamaq əvəzinə, onları birliyə üzv qəbul etdi. Bu, ədalətsizlik idi. Üstündən illər keçdikdən sonra danışıqlar yenidən intensivləşib. Hesab edirəm ki, tərəflər bu dəfə ortaq məxrəcə gəlməyə daha yaxındırlar. Kipr probleminin həlli hamının xeyrinədir. Kipr probleminin həllində başlıca rol BMT-yə məxsusdur. Çünki problem yarandığı gündən adada BMT-nin sülhməramlıları var, üstəgəl, təşkilatın baş katibinin bu məsələylə bağlı daim müşavirləri olur».
Politoloq təəssüflə bildirdi ki, eyni sözləri Dağlıq Qarabağ münaqişəsinə aid etmək mümkün deyil. BMT-nin münaqişənin həlliylə bağlı 4 qətnaməsi var və təşkilat həmin qətnamələrin yerinə yetirilməsini təmin etməlidir. Ancaq təşkilat münaqişənin həllinə görə bütün yükü ATƏT-ə ötürüb. Onlar isə 25 ildən çoxdur ki, mənasız danışıqları uzatmaqla məşğuldurlar: «Əlbəttə, Kipr probleminin həlli perspektivi bizi sevindirir, çünki adadakı türklərin də haqları tanınmalıdır. Bundan sonra biz istərdik ki, BMT Dağlıq Qarabağdakı azərbaycanlıların haqlarının tanınması üçün də fəaliyyət göstərsin. Amma mənim şəxsi fikrim belədir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini nə BMT, nə də ATƏT sürətləndirəcək. Təşəbbüsü öz əlimizə almalıyıq. Misal üçün, erməni saytlarından biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika açıqlayıb. Deməli, 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı 166 nəfərdir. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə könüllüdür. 109 nəfər döyüşdə, 57 hərbçi isə qeyri-döyüş şəraitində öldürülüb. Bu statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb. Birincisi, 2015-ci ildə Ermənistanın itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə itkiləri iki dəfə artıb. İkincisi, saytın yazdığına görə, 1994-cü ildən bu yana ilk dəfədir, Ermənistan cəbhə bölgəsində könüllülərini itirir. Əslində, Ermənistanın 2016-cı ildəki itkiləri bundan dəfələrlə çoxdur, gizlətməyə çalışırlar, tək elə aprel ayındakı döyüşlərdə yazdıqlarından ən azı, 3-4 dəfə çox itki veriblər. Ancaq tutalım ki, erməni saytının yazdığı doğrudur, itkiləri elə yazılan kimidir. İqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166 gənci itirmək faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ya döyüşlərdə ölür, ya da ölkəni tərk etmək barədə düşünürlər. Aprel döyüşləri bu prosesi daha da sürətləndirib. Bu statistika bir daha ondan xəbər verir ki, işğalçıya qarşı hərbi təzyiq ən doğru yoldur».
Politoloq Natiq Miri də təəssüflə Dağlıq Qarabağ münaqişəsinin həllinin digər məsələlərdən asılı vəziyyətə düşdüyünü qeyd etdi. Bildirdi ki, bu gün dünya güclərinin gündəmi Suriya və Ukraynadakı hadisələrlə bağlıdır: «Ötən ilin aprelində Qarabağ cəbhəsində Ermənistanla Azərbaycan arasında müharibə yaşandı. Ancaq gördüyünüz kimi, bu məsələ dünya güclərinin gündəmində uzun müddət qala bilmədi. Bu savaşlardan sonra müəyyən danışıqlar aparıldığı görüntüsü yaradıldı. Bu müddətdə isə Rusiya müttəfiqi Ermənistanı silahlandırdı. Hərbi balansı qorumağa çalışdı. Rusiyanın bu hərəkətlərinin nəticəsidir ki, bu gün Qarabağ cəbhəsində yenidən hərbi aktivliyə keçmək ərəfəsi yaşanır. Bu, birbaşa Rusiyanın vicdanına bağlı olan məsələdir. Onu da nəzərə almaq lazımdır ki, bu gün Dağlıq Qarabağ münaqişəsi prioritet olmadığı üçün dünyada gedən proseslərdən asılıdır. Əgər Suriyada regional və qlobal güclər uzlaşa və orada sülhü bərqərar edə biləcəklərsə, bundan sonra proseslər digər regionlarda da dəyişə bilər. Çünki Suriyadakı uzlaşma Ukraynada da müəyyən uzlaşmaya gətirəcək. Ukraynada da uzlaşma olarsa, Qərbin Rusiyaya yönəlik iqtisadi sanksiyaları tədricən aradan qalxacaq. Belə olarsa, Dağlıq Qarabağ problemi gündəmə gələcək. Çünki bu cəbhədə vəziyyət çox təhlükəlidir. Orada yeni bir savaş yaranarsa, Ermənistan və Azərbaycan çərçivəsindən çıxaraq regional, bəlkə də gələcəkdə qlobal olacaq savaşa çevrilər».
N.Mirinin fikrincə, hazırda məsələləri proqnozlaşdırmaq çətindir. Çünki bir neçə gündən sonra ABŞ-da Tramp dönəmi başlayır. Onun nələrə üstünlük verəcəyi isə hələ ki məlum deyil: «Münaqişə bölgələrində və terrora qarşı mübarizədə səmimi olacaqsa, qlobal səviyyədə sülhdən danışmaq mümkün olacaq. Bu, Dağlıq Qarabağa da müəyyən mənada təsir edəcək. Tramp əksinə, qarşıdurma siyasəti yürüdəcəksə, ABŞ özü oyundan kənar vəziyyətə düşə bilər. Bu, regional formatların aktivləşməsinə şərait yaradacaq. Məlumdur ki, ATƏT-in Minsk qrupu fəaliyyətsiz bir qurumdur, Dağlıq Qarabağ problemini həll etmək imkanında deyil. Rusiya, İran, Türkiyə üçlüyü Suriyada uğurlu olacaqsa, Dağlıq Qarabağ məsələsinin həllində də öz ağırlıqlarını ortaya qoya bilərlər».