vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
00:53 | 27 yanvar 2017 | Cümə Məqaləyə 871 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıya verilsin!

Lapşinə hökm çıxarıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Minsk şəhər məhkəməsi İsrail vətəndaşlığı daşıyan rusiyalı bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair Belarus Baş prokurorluğunun çıxardığı qərarı qüvvədə saxlayıb.

Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, hakim Lyubov Simaxina vəkillərin qərardan verdiyi şikayəti təmin etməyib. Məhkəmə qapalı keçirilib, Rusiya və İsrail diplomatları, jurnalistlər ancaq hökmün elan edilməsi zamanı zala buraxılıb.

Xatırladaq ki, lapşin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səyahət etdiyinə və ölkənin ərazi bütövlüyünə qarşı açıq çağırışlara görə axtarışa verilib. Ötən ilin dekabrında onu Minskdə həbs ediblər. Lapşinin məsələsi ətrafında böyük hay-küy qalxıb. Ermənistan bloqqerin həbsindən və onun Azərbaycana ekstradisiyasına dair qərardan möhkəm narahatdır, bunun başqaları üçün də presedent olacağını nəzərə alır və bütün imkanları ilə Lapşini xilas etməyə çalışır. Rusiya XİN rəhbəri Sergey Lavrov da Lapşinin həbsinə və Azərbaycana ekstradisiyasına qarşı çıxıb. İsrail XİN isə Azərbaycan tərəfi ilə danışıqlar aparır ki, bloqqerin rəsmi üzr istəməsinin əvəzində onun təqib olunması dayandırılsın.

Lakin göründüyü kimi Belarus məhkəməsi Lapşinin ekstradisiyasına dair qərarı qüvvədə saxlayıb.