
Rusiya kimyəvi qırmızı xətti keçir
Avropanın kəşfiyyat xəbərdarlığı nə deyir?
Avropanın kəşfiyyat xəbərdarlığı nə deyir?
Tramp: “Onlar özlərini müdafiə edə bilməlidirlər”
Hikmət Hacıyev: “Rusiya və Ukrayna ilə bizi uzunmüddətli şəxsi münasibətlər bağlayır”
ABŞ mətbuatı görüşün təfərrüatlarını yazıb
Putinlə məyusedici görüşdən sonra ABŞ prezidenti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdə razıdır
Almaniya ABŞ-dan Ukraynaya Patriot sistemləri verəcək
“Tikintidə işləyəcəyini düşünüb Rusiyaya gələn kubalılar müharibəyə göndərilir”
Almaniya Ukrayna göndəriləcək “Patriot”lar üçün ABŞ ilə danışıqlar aparır
İki ölkənin kəşfiyyat strukturları əllərində fakt olduğunu iddia edir
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
13 saatlıq saat qurşağı olan ərazisində dünyadakı bütün kimyəvi elementlər var, amma ...
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Hər müstəqil addım onun gözündə xəyanətdir
Müsəlmanlar Rusiyada “sevimli” hədəfdir
Rusiya “SU-35” qırıcılarının növbəti partiyasını istehsal etdi
Kiyev avqustun 24-də Belarus lideri Aleksandr Lukaşenkonun Ukraynanın Müstəqillik Günündə onun təbirincə deyilərsə, “abırsız” təbrikini rədd edib.
“Reuters” yazır ki, Ukrayna Lukaşenkonu Rusiyaya Ukraynaya müdaxilə üçün öz ərazisini meydan etməkdə günahlandırıb.
Xəbər verilir ki, Lukaşenko gözlənilmədən özünün rəsmi internet saytında Ukraynanın SSRİ-dən müstəqil olmasının 31-ci ildönümünü təbrik edib, ukraynalılara “təmiz səma, dözümlülük, mərdlik, güc və normal həyatın bərpasında uğur” arzulayıb.
“Reuters” xatırladır ki, Moskvanın ən yaxın müttəfiqi olan Minsk Belarus ərazisini minlərlə Rusiya əsgərinin Ukraynaya basqın etməsi üçün onun ixtiyarına verib.
Lukaşenko təbrik bəyanatında yazır: "Mən əminəm ki, bugünkü mübahisələr iki ölkənin iki xalqı arasında əsrlərcə yaşı olan səmimi qonşuluğun bünövrəsini dağıtmayacaq”.
Ukrayna prezidentinin baş müşaviri Mixaylo Podolyak “Twitter”də yazdığı postda Lukaşenkonun təbrikini tənqid edib: "Lukaşenko deyəsən doğrudan da elə hesab edir ki, dünya onun Ukraynaya qarşı cinayətlərdə iştirakını görmür. Məhz bu səbəbdən də o ölümcül raketlərlə vurulmağımıza yol verdiyi halda bizə abırsızcasına “təmiz səma” arzu edir”.
***
“Reuters” yazır ki, Lukaşenkonun bu təbriki onun son zamanlar Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən bəyanatları ilə ziddiyyət təşkil edir. Ötən iyul ayında o Belarusu Rusiyanın “nasizmə” qarşı mübarizəsində bütün dünyada “yeganə müttəfiqi” adlandırmışdı. O bu bəyanatı ilə əslində Moskvanın Ukraynada guya nasizmə qarşı döyüşdüyünə dair iddiasına haqq qazandırmışdı.
Kiyev və Qərb müttəfiqləri bəyan edirlər ki, Rusiya Ukraynada əsassız və səbəbsiz imperialist müharibə aparır.
Lukaşenko bundan əvvəl özünə haqq qazandırmaq üçün demişdi ki, Belarus Ukraynanın hərəkətlərinə görə müharibəyə “cəlb olunub”.
O iddia etmişdi ki, guya Belarus səmasında Ukraynadan atılan raketlər vurulub.