
Misir və Çin 3 mühüm saziş imzaladı
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
Trampın tarif təhdidləri və FED gözləntiləri qızıl bazarını sabit saxlayır
“Goldman Sachs”: “Yenidən riskli valyutaya çevrilə bilər”
Qızıl ETF-lər 2025-ci ilin birinci yarısında ərzində ən böyük axını gördü
Qiymətli metal itirdiklərini geri qaytarıb
Trampın 25 faizlik gömrük rüsumları yeni ucuzlaşdırdı
Birjalarda narahatlıq artıb, səhmlər enib, dollar bahalaşıb
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
ABŞ prezidenti FED sədrinin dirəncini qıra biləcəkmi?
Qızıl ABŞ-ın kritik məşğulluq məlumatlarını qabaqlayır
Qlobal bazarlar ABŞ məlumatlarını qabaqlayaraq dar diapazonda hərəkət edir
Qiymətli metal ABŞ-da iqtisadi narahatlıqların artması ilə yüksəlir
Qlobal bazarlar ilin ikinci yarısına yüksəlişlə başladı
Yüksəliş artan ticarət və geosiyasi risklərlə də dəstəklənir
Qiymətli metalın təhlükəsizlik limanı mövqeyi zəifləyir
Ticarət müqavilələrindəki inkişafın müsbət təsiri qlobal bazarlarda görünür
Son 2 ildə qiymət artımının əsas səbəbi manatın devalvasiyası ilə izah edilirdisə, hazırda onun əksinin müşahidə olunmasına baxmayaraq qiymətlər yenə də bahalaşmaqda davam edir. Deməli, qiymət artımı ilə manatın devalvasiya arasında birbaşa əlaqə olduğundan əslində manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına gətirib çıxarmalı idi. Amma bu baş vermədi. Gəlin araşdıra görək hansı səbəbdən qiymətlər ucuzlaşmır.
Bunun üçün də ilk növbədə müəyyənləşdirməliyik ki, manatın məzənnəsində dəyişikliklər hansı məhsulların qiymətinə birbaşa və ya dolayı yolla təsir edir. Bu məsələyə hökumətin təbirinə yanaşsaq, bəlli olacaq manatın devalvasiyasına görə Azərbaycana idxal olunan Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiyməti fevralın 1-dən, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və digər səbəblərə görə təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri yanvarın 1-dən bahalaşdırılıb. Göründüyü kimi, hər iki qiymət artımına dair qərarlar manatın devalvasiya ilə əlaqələndiribdir. Bu məntiqlə də hazırda manatın dollara nəzərən möhkəmlənməsi həm idxal benzinin və həm də təbii qazın qiymətini ucuzlaşması üçün əsaslar yaradır. Bəs onda bu niyə baş vermir?
Ona görə ki, hər iki qiymətin bahalaşması bu fəaliyyətlə məşğul olan şirkətlərin bazarda hökmran mövqeyi və inhisarçılıq fəaliyyəti ilə əlaqədardır. Onda sual olunur, əgər dövlət şirkətləri iqtisadiyyatın bu sadə qanunauyğunluğuna əməl edib, benzinin və qazın qiymətlərini ucuzlaşdırmırsa, onda özəl bölmə nəyə görə bu qanunlara tabe olmalıdır?! Baxmayaraq ki, son günlərdə manatın məzənnəsi möhkəmlənəndən sonra əhalinin özəl bölmədən gözləntiləri artıb. Hamı gözləyirdi ki, tezliklə ticarət şəbəkələrində, xüsusilə də iri supermarketlərdə istehlakçılara təklif olunan idxal mallarının qiymətləri ucuzlaşacaq. Çünki, satışa çıxarılan bəzi ərzaq məhsullarından tutmuş məişətdə istifadə olunan müxtəlif yuyucu vasitələrə qədər çoxçeşidli mallar ölkəyə idxal olunur. Fikrimizcə, qiymətlərin ucuzlaşdırılmaması aşağıdakı səbəblərlə izah oluna bilər.
Birincisi, manatın məzənnəsinin uzunmüddətli dövrdə bahalaşacağına, onun bu və ya ondan aşağı səviyyədə qərarlaşacağına nəinki özəl sahibkarlar, hətta dövlətin biznes fəaliyyətini həyata keçirənlər belə inanmırlar. Onların gözləntisi odur ki, tezliklə manat yenidən dollara nisbətdə ucuzlaşmaya başlayacaq.
İkincisi, idxal olunan ərzaq məhsulları və məişətdə istifadə olunan malları Azərbaycana gətirən və onun topdansatışı ilə məşğul olan şirkətlərin həmin məhsullar üzərində monopoliyası və ya oliqopoliyası mövcud olduğundan onların qiymətlərə nəzarətini və təsirlərini saxlanılmaqdadır. Əsasən oliqarx-məmurlara məxsus olan bu şirkətlər hazırkı şəraitdə məzənnə fərqindən də qazanmaqla daha çox gəlir əldə edirlər.
Üçüncüsü, ötən ilin dekabrın 1-dən elektrik enerjisinin, bu ilin yanvar ayının 1-dən isə qazın qiymətlərinin kəskin bahalaşması ticarət şəbəkələrinin xərclərini artırdığından onlar da artan xərclərini məzənnə fərqindən yaranan gəlirlərlə kompensasiya etməyə üstünlük verirlər.
Bütün bunlar onu göstərir ki, ölkədə rəqabətli bazarlar formalaşmayınca, istehlak qiymətləri ucuzlaşmayacaq, əksinə bir az da bahalaşacaq. Odur ki, çıxış yolu yetkin və sərbəst bazar iqtisadi modelinə keçidi təmin edən liberallaşdırma islahatlarındadır.