vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
19:40 | 5 aprel 2017 | Çərşənbə Məqaləyə 3359 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Banan niyə bahalaşdı?

Qiymət Novruz bayramında 2 dəfə qalxıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda aprelin 2-də keçirilən parlament seçkilrinin ardınca bahalaşma başlayıb. Virtualaz.org xəbər verir ki, bu haqda «Jamanax» qəzeti yazır. Bildirilir ki, seçkilərdən sonra Ermənistanda bütün mağazalarda banan qəfil bahalaşıb, seçkidən əvvəl bananın kiloqramı 650-700 drama (1.3-1.4 dollar) satılırdısa hazırda qiymət 730-750 drama qalxıb. Ermənistanda banan idxalına hakim partiyadan deputat Miqran Poqosyan və onun «Ketrin Group» şirkəti nəzarət edir.

Banandan başqa Ermənistanda benzin də bahalaşıb. Hazırda benzinin litri seçkilərdən əvvəlki qiymətdən 50 dram yuxarı-380 drama satılır. Bahalaşma bütün markalardan olan benzinlərdə və dizel yanacağında baş verib. Dizel yanacağı nisbətən az-10 dram bahalaşıb. Yanacaq idxalı da Ermənistanda Sərkisyan və klanının inhisarındadır.

Qəzet bu bahalaşmanı seçkilərlə əlaqələndirir. Yazır ki, hakim partiya və onu dəstəkləyən oliqarxlar seçkilərdə seçiciləri pulla ələ almaq üçün xərc çəkiblər. İndi xərclədikləri pulları geri qaytarırlar. Gözlənilir ki, növbəti bahalaşma dalğası İrəvan meriyasına seçkilərdən sonra-mayda olacaq. Çünki hakimiyyət yenə rüşvət paylayacaq, başqa xərclər olacaq və pulları qiymətləri artırmaqla qaytaracaqlar.

Xatırladaq ki, Azərbaycanda da banan qəfil bahalaşıb, ancaq Novruz bayramı ərəfəsində. Həmin ərəfədə bananın 1 kiloqramı 2 manat-2 manat 50 qəpik idisə bayrama az qalmış qiymət az qala iki dəfə «sıçradı». Hazırda bananın kiloqramı 3 manat 50 qəpikdir.