100 ilin seçimi
«Evet və Hayır»la bölünən ölkəni «VƏTƏN» deyib birləşdirmək gərək
Zahid ORUC
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
Türkiyənin daxili və xarici soyuq savaşdan qalibiyyətlə çıxması üçün xalqın iradəsi ortadadır. Dövlətin 100 illik siyasi şəkli dəyişdiyini inkar etmək mümkünsüz. Kimin necə qiymətləndirməsindən asılı olmayaraq, prezidentli üsul-idarəyə keçid tam fərqli bir arxitekturadır. Parlamentli modeldən imtina Türkiyənin bütün idarəçilik sistemi içərisinə qoyulmuş minaları partlatmağa imkan verəcək və Türkiyəni milli bir elitaya dayanaraq, yönləndirməyə şərait yaradacaq.
O üzdən qutulara yollanan 87 faizlik seçici dünyası dövlət işini və ya əsas siyasi savaşı silahlarla və devrimlərlə deyil, məhz demokratik mübarizələrlə aydınlatmış oldu. Şübhəsiz, Qərb və Şərq dünyası referendumun nəticələrini nə qədər təftiş etsələr də, sonda onu qəbul etməyə məcbur qalacaqlar. Lakin ən başlıcası, ekranlara fərqli rənglərlə gətirilən xalqın səslərini vahid Türkiyə və ay-ulduzlu Vətən amallarında yenidən birləşdirmək gərəkdir.
Doğrudur, demokratik seçkilərin nəticəsini on dəfələrlə qazanan avropalı liderlər tarixdə olub. Məsələn, keçmişdə Cüliya Andriotti İtaliyada baş nazirlik kürsüsündən dəfələrlə səlahiyyət qazanaraq, uzun müddət iqtidarda qalmanın nümunəsini yaradıb.Yaxud, Bismarkın birləşdirdiyi Almaniyanın 4-cü dəfə federal kanslerliyi postuna iddialı olan dəmir ledisi Angela Merkel.
Lakin Ərdoğanın qalibiyyətli Şarl de Qoldan, yaxud Çörçildən bu yana heç kəslə müqayisə olunmaz. Onun qazandığı 12 seçimin sonunda 100 ilin savaşına qatılması tam ayrı bir siyasi fenomendir.
Türkiyənin 21-ci əsrə qədəm qoyarkən yeni bir lideri meydana çıxarması demokratik ölkələr sırasında müstəsna hadisədir. Lakin nə qədər TƏK ADAM söyləsələr də, Atatürkün siyasi irsini və dövlətçilik fəlsəfəsini kənara qoymaq da heç bir iqtidara müyəssər olmaz. O üzdən Türkiyə düşmənləri onu xəlifəlik, islam dünyasında liderlik, yaxud, Çankayanı camilərə və ya məscidlərə dəyişmək kimi sırf partiyalı ittihamlar çıxış etmələri həqiqət sayılmaz. Çünki ortada sayı az qala 24 milyona çatan «hayır» cəbhəsi var və Türkiyədə diktaturanı qurmaq üçün bu qədər insanın üzərindən keçmək də qeyri-mümkündür.
İndi qalibiyyəti qeyd edən hər kəs unutmasın-qalib partiya, yaxud şəxs,2019-cu ildən yeni qanunla Türkiyənin birinci şəxsinə çevrilə biləcəkdir. Ona qədər dünya və regionda yaşanan müharibələrdən ölkəsini uğurla çıxarmaq referendumun nəticələrindən daha böyük önəm daşıyır. Erkən seçkiləri də ehtimal edənlər, unutmasınlar ki, onu da qazanmaq asan olmayacaq. İndiki Konstitusiya ilə prezidentliyi qazanan siyasətçi tam ayrısı ola bilər. Çünki böyük siyasət zəlzələni və ya nüvə silahını partladıb onu əllə saxlamağa bərabər bir iş sayılar.
Ona görə də Türkiyənin 100illik seçimi terrorsuz, hüzur içərisində və demokratik ideallardan sapmayan, dinlə dəqiq sərhədləri tanıyan bir ölkə olaraq qalmasıdır. Çünki şərq dünyasının və Avrasiya qitəsinin bir nəhəngi olmaq, həmin imperiya varisi olan dövlətin quruluşu və yönləndirmə şərtlərindən çox asılıdır. Qərbin idarəçilik ixracı qarşısında dayanmaq üçün başqa yol yoxdur.
İndi qalib və məğlubları vahid bir milli bir Bayraq altına toplayan lider gerçək hədəflərə doğru gedə biləcəkdir.
«Evet və Hayır»la bölünən ölkəni «VƏTƏN» deyib birləşdirmək gərək!!!