Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:14 | 8 oktyabr 2017 | Bazar
Məqaləyə 2285 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rusiya hakimiyyətinə çalışan hakerlər ABŞ-ın xarici kompüter sistemlərinə necə daxil olması və özünü kiber hücumlardan hansı yollarla qorunmasını əks etdirən məlumatları oğurlamağa müvəffəq olublar. Bununla bağlı «The Wall Street Journal» sensasion xəbər yayıb.
Xəbərdə MTA-nın podratçı firmasında çalışan bir əməkdaşının olduqca gizli sayılan materialları şirkətin binasından çıxardığı və onu evindəki kompüterə yüklədiyi yazılıb. Hakerlər həmin kompüterdə istifadə olunan «Kasperski laboratoriyası» proqramının köməyi ilə faylları aşkar edərək, ona virtual hücum həyata keçiriblər.
Məlumatda insidentin 2015-ci ildə baş verdiyi, lakin keçən ilin yazına qədər bilinmədiyi göstərilib. Situasiya ilə tanış olan şahidlərin sözlərinə görə, hakerlərin oğurladığı materiallarda MTA-nın xarici kompüter şəbəkələrinə daxil olması ilə bağlı alqoritmlər, habelə kiber-casusluq zamanı istifadə edilən kodlar, o cümlədən ABŞ-ın öz daxilində şəbəkələrin qorunması üsulları yer alıbmış.
Yazıda bu hadisənin MTA tarixində böyük həcmli materialların sızdırılması ilə bağlı 3-cü dəhşətli xəta olduğu vurğulanır.
Həmin fakta görə, agentliyin direktoru, admiral Maykl Rocer yuxarı vəzifəli şəxslərdən şiddətli töhmət alıb.
«Kasperski» ilə bağlı adı hallanan həmin əməkdaşın kimliyi açıqlanmır. Ekspertlərin rəyinə görə, burada konkret başqa ölkələrin kəşfiyyatına qəsdən məlumat ötürülməsindən söhbət gedə bilməz. Həmin adamın sadəcə iş saatından sonra işini davam etdirmək üçün materialları evinə götürdüyü güman olunur. Hər halda, son hadisə ABŞ-da «Kasperski laboratoriyası»na olan etimadı daha da azaldıb.
«ABŞ milli təhlükəsizlik orqanları onsuz da uzun müddətdir ki, «Kasperski laboratoriyası»nın Rusiya hökumətinə çalışmasından şübhələnirdi. Bu şübhələr Daxili Təhlükəsizlik Nazirliyini keçən ay yeni akt qəbul etməyə sövq edib. Həmin akta əsasən, ABŞ-ın bütün dövlət idarə və agentliklərinə Rusiyanın antivirus şirkətinin məhsullarından istifadə etmək qadağan olunub.
Müəyyən olunub ki, bədnam niyyətli şəxslər şirkətin proqramından istifadə edərək kompüterlərin fayllarına asanlıqla çıxış əldə edə bilirlər», - yazıda qeyd edilir.
Qərar şirkətin proqram təminatının geniş şəkildə analizinin həyata keçirilməsindən və onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə əsaslı məlumatların əldə olunmasından sonra qəbul olunub.
Yazıda qeyd olunur ki, bütün antivirus proqramları zərərli kodu aşkar etmək üçün kompüterdə geniş axtarış aparır. Lakin ekspertlərin rəyinə görə, bu kompüterdə yerləşən hər şeyin tam inventarizasiyasını da gerçəkləşdirməyə imkan verir.
«Bu, rəqəmsal zibil qutularında eşələnmək kimi bir şeydir», - MTA-nın elitar haker qrupunda çalışan keçmiş əməkdaşı Bleyk Darşe qəzetə bildirib.
Darşenin sözlərinə görə, «Kasperski» şirkətinin zərərli virusları axtarmaq metodları olduqca aqressivdir: «Bu proqram kompüterdə maraqlı gördüyü hər faylın sonradan surətini çıxarır. Yəni, siz «Kasperski laboratoriyası»nın proqram təminatından istifadə etməklə özəllik və gizliliyinizi itirmiş olursunuz».