Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:02 | 25 fevral 2019 | Bazar ertəsi
Məqaləyə 2320 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Qiymətlərə təsir edən üç əsas risk açıqlandı
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra bu ölkənin dövlət borcu 2 trilyon dollar artaraq 22 trilyon dollara çatıb. Paralel olaraq ABŞ-ın dövlət büdcəsinin kəsiri də artmaqdadır.
2018-ci ilin yekununda sözügedən göstəricinin 779 milyard dollar təşkil etdiyi bildirilir ki, bu da ötən il ABŞ-da istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyərinin 3,8 faizi qədərdir. Bu, 1950-ci ildən bəri rekord hədd olmaqla 2017-ci illə müqayisədə 0,3 faiz bəndi çoxdur.
ABŞ-ın dövlət borcu daha çox bu ölkənin dövriyyəyə buraxdığı xəzinə istiqrazları hesabına artır. Müxtəlif ölkələrdən olan investorlar 2 və 10 il müddətli bu borc alətlərinə həvəslə pul qoyurlar və yatırımlarını getdikcə artırırlar.
Hazırda ABŞ-a ən çox “borc vermiş” ölkələrə Yaponiya liderlik edir. Bu ölkənin investorları 1 137 milyard dollarlıq istiqraz alıb. Növbəti yerlərdə Çin (1 116 milyard dollar), İrlandiya (271 milyard dollar), Kayman adaları (262 milyard dollar), Braziliya (255 milyard dollar), İsveçrə (235 milyard dollar), Lüksemburq (216 milyard dollar), Böyük Britaniya (207 milyard dollar), Tayvan (189 milyard dollar), Honq-konq (186 milyard dollar), Hindistan (123 milyard dollar), Belçika (117 milyard dollar), Sinqapur (99 milyard dollar), Səudiyyə Ərəbistanı (97 milyard dollar) və Almaniya (94 milyard dollar) qərarlaşıb.
Sirr deyil ki, qiymətli kağızlar bazarının iştirakçıları ABŞ iqtisadiyyatına böyük maraq göstərirlər. Səbəbləri çox sadədir. Bir tərəfdən ölkənin reytinqi kifayət qədər yüksəkdir. Məsələn, “Standard & Poor's” beynəlxalq reytinq agentliyi ABŞ-a “AA+” reytinqi verib. Bundan başqa, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini getdikcə artırır. Bu da istər-istəməz dolların dünyadakı mövqeyini gücləndirir və investorları inkişaf etməkdə olan ölkələrin kapital bazarlarından ABŞ-ın kapital bazarına yönəlməyə vadar edir.
Böyük məbləğdə pul sahibləri ABŞ iqtisadiyyatına yatırım etməklə həm faizlər şəklində gəlir əldə edirlər, həm də aldıqları qiymətli kağızlar getdikcə bahalaşır. Odur ki, ABŞ-ın dövlət borcu artmaqda davam edəcək və bu ilin sonuna azı 23 trilyon dollara çatacaq.