“Çin ABŞ şirkətləri üçün bazarını daha da açacaq”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
12:52 | 13 fevral 2025 | Cümə axşamı
Məqaləyə 361 dəfə baxılıb
Şriftin ölçüsü
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin danışıqlara “dərhal” başlamaq qərarına gəldikdən sonra dünən axşam Parisdə görüşən altı Avropa Birliyinə üzv ölkənin və Ukraynanın xarici işlər nazirləri Moskva ilə Kiyev arasında müharibəni dayandırmaq üçün Avropa və Ukraynanın “hər cür danışıqlarda iştirak etməli” olduğunu bəyan ediblər.
Birgə bəyanatda Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya və Ukraynanın xarici işlər nazirləri müharibəni dayandırmaq üçün “Amerikalı müttəfiqlərimizlə irəliyə doğru danışıqlar aparmaq istədiklərini” bildiriblər. “Bizim ümumi məqsədlərimiz Ukraynanı güclü mövqeyə gətirmək olmalıdır”, - yeddi nazir bir neçə saat davam edən görüşdən sonra bəyanatda bildiriblər. "Ukrayna və Avropa bütün danışıqlarda iştirak etməlidir”, – dedi.
Bəyanatda Avropa ölkələrinin “Rusiyanın təcavüzü qarşısında” Ukraynanın “müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü”nə sadiqliyi xatırladılıb və “Ukrayna güclü təhlükəsizlik zəmanətlərindən faydalanmalıdır” ifadə edilib. Bəyanatda vurğulanır ki, “Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsi güclü transatlantik təhlükəsizlik üçün zəruri şərtdir”.
Görüşdən əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro “Ukraynada ədalətli və davamlı sülhə avropalıların iştirakı olmadan nail olmaq mümkün deyil” deyərkən, onun almaniyalı həmkarı Annalina Berbök və ispaniyalı həmkarı Xose Manuel Alvares-Bueno “Rəsmi Kiyev olmadan Ukrayna ilə bağlı heç bir qərarın qəbul edilə bilməyəcəyini vurğulayıblar. “Söhbət demokratik yolla seçilmiş hökuməti olan suveren ölkədən gedir. Avropanın təhlükəsizliyinə təsir edən hər hansı qərar və Rusiyanın Ukraynaya təcavüzü birbaşa olaraq Avropanın təhlükəsizliyini təhdid edir. Avropasız anlaşma qəbul edilə bilməz”.
Bir neçə dəqiqə sonra Berbök “Ukraynasız Ukrayna ilə bağlı heç bir qərar qəbul edilə bilməz” fikrini təkrarlayıb və Avropanın “birlikdə qalmalı” olduğunu vurğulayıb. Polşa naziri Radoslav Sikorski Ukraynaya dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayıb və sıx transatlantik əməkdaşlığa çağırıb.
Parisdə Avropa və Ukrayna nazirlərinin görüşü, Tramp və Putin arasında bir saatdan çox davam edən telefon danışığı ilə üst-üstə düşüb. “Ukraynanı tərk etmək, ölkəni təslim olmağa məcbur etmək ən güclülərin qanununun müqəddəsləşdirilməsi və planetdəki bütün tiran orduları işğala dəvət olardı”, – deyə Noel-Barro bildirib. Dünyanın “cəngəllik” olmadığını bildirən İspaniya xarici işlər naziri, “Bizim BMT Nizamnaməsinə əsaslanan və İkinci Dünya Müharibəsinin bitməsindən bəri hər kəsin xeyrinə işləyən bir dünya nizamımız var”, – deyib.
Bu arada, dünən Brüsselə səfər edən ABŞ-ın müdafiə naziri Pit Heqset Trampın NATO və Ukrayna ilə bağlı qırmızı xətlərini açıqlayıb. Heqset deyib ki, Ukraynanın Krım da daxil olmaqla 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını təsəvvür etmək “real deyil”. Heqsetin fikrincə, Ukraynanın sülh danışıqlarından sonra Atlantik Alyansa qoşulması da real deyil”.