
Avropada hər kəsin qanında PFAS var
İnsanlar dərhal xəstələnməsə də, orqanizmə mənfi təsir göstərə bilər
İnsanlar dərhal xəstələnməsə də, orqanizmə mənfi təsir göstərə bilər
12 Avropa Birliyi ölkəsi müvəqqəti sərhəd nəzarəti hüququndan istifadə edir
İspaniya, Finlandiya və İsveç liderlik edir
“Problemi yaratdılar və özləri bununla məşğul olmalıdırlar”
Almaniya hökumətinə sərt etiraz
Trampın qoyduğu vaxtın bitməsinə 1 həftə qaldı
Birlik indiyə qədər Rusiyaya 17 paket tətbiq edib
AB ABŞ-la tarif razılaşması istəyir
Berlinə uçan təyyarədən tüstü qalxır
Soyuq müharibədən bəri ən kritik görüş
Gündəmin əsas məqsədi Donald Trampı razı salmaqdır
“Müdafiə büdcəsinin artırılması və məcburi hərbi xidmət tələb olunur”
Avropalılar artan müdafiə büdcələrini dəstəkləyir
NATO Haaqada keçiriləcək sammit ərəfəsində müdafiə xərclərinin 5 faiz artırılması hədəfini qəbul edib
Ursula Von der Leyen: “Pekinin DST üzvlüyü G7 ticarətinə mənfi təsir göstərdi”
İllik artım son 3 ildə ən aşağı səviyyədədir
Rusiyanın müdafiə xərclərinin bütün Avropanınkından daha çox olduğunu göstərən araşdırma hesabatı dərc edilib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesabatına görə, Rusiya bir il ərzində müdafiəyə Avropa Birliyi ölkələri və Böyük Britaniyanın birgə xərclərindən daha çox pul xərcləyir. Rusiyanın müdafiəyə ayırdığı büdcə 462 milyard dollar olduğu halda, Avropa ölkələrinin ümumi xərcləri 457 milyard dollar olaraq göstərilib.
ABŞ prezidenti Donald Tramp və komandası Avropa ölkələrinin müdafiə büdcələrinin aşağı olduğunu vurğulayaraq, bunun davam edəcəyi təqdirdə NATO-ya lazımi büdcəni ayırmayacaqlarını açıqlayıb.
ABŞ Ukraynadakı müharibəyə 88 milyard dollar xərclədiyi halda, Avropanın Ukraynaya yardımının 130 milyard dollar olduğu müəyyənləşib.
Belə olan halda Avropa ölkələri də müdafiəyə daha çox pul xərcləməyə hazırlaşır. Fransa prezidenti Emmanuel Makron müdafiə büdcəsini iki dəfə artıracaqlarını açıqlasa da, Polşa da müdafiə büdcəsini ümumi milli məhsulunun 4 faizə qədər artırıb. Donald Trampın qarşıya qoyduğu hədəf 5 faizdir.
Bununla belə, bu məqsədə nail olunmaması ilə bağlı ehtiyatları olan ölkələr də var. İtaliyanın xarici işlər naziri Antonio Tajani 5 faizlik hədəfin yaxın perspektivdə onlar üçün mümkün olmadığını bəyan edib.