Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:42 | 19 fevral 2025 | Çərşənbə
Məqaləyə 330 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-dan deportasiya edilən 300-ə yaxın qeyri-qanuni immiqrant onların ölkələrinə qaytarılması prosesi başlayana qədər Panamada bir oteldə saxlanılır. Səlahiyyətlilər Panamanın ABŞ-dan deportasiya edilən, lakin birbaşa öz ölkələrinə göndərilə bilməyən qeyri-qanuni miqrantlar üçün “körpü ölkəsi” olduğunu bildiriblər.
Rəsmilər, əsasən İran, Hindistan, Pakistan, Əfqanıstan, Nepal, Şri Lanka və Çin kimi Asiya ölkələrindən olan immiqrantın ABŞ-dan deportasiya edildiyini və ölkələrinə qayıdana qədər Panamada yerləşdirildiyini və bütün yaşayış xərclərinin ABŞ tərəfindən qarşılandığını qeyd edib.
Panama ictimai təhlükəsizlik naziri Frank Abreqo deportasiya edilən 299 nəfərdən 171-nin könüllü olaraq ölkələrinə qayıtdığını, geri qayıtmaqdan imtina edənlərin isə müvəqqəti olaraq ölkənin Darien əyalətindəki bir müəssisədə saxlanılacağını bildirib.
Panama prezidenti Xose Raul Mulino fevralın 3-də ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşündən sonra Darien əyalətinin Meteti şəhərində miqrantların geri qaytarılması prosedurlarını həll etmək üçün ABŞ-a təklif təqdim etdiyini açıqlayıb.
“Düşünürəm ki, belə olacaq. Biz Panamadan tranzit məntəqəsi kimi istifadə ediləcək və transferlər buradan həyata keçiriləcək. Düzünü desəm, bu, bizim üçün çox uyğun bir həldir. ABŞ bütün xərcləri qarşılayaraq, prosesi rahat şəkildə idarə edə bilər. Panama buna 1 dollar belə investisiya qoymayacaq”, – deyə Mulino bildirib.