İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:08 | 19 fevral 2025 | Çərşənbə
Məqaləyə 469 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran ədliyyəsi ötən ay ölkəyə turist səfəri zamanı İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən saxlanılan iki Britaniya vətəndaşının casusluqda ittiham edildiyini bildirib.
İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir bildirib ki, Kreyq və Lindsi Forman ölkəyə turist kimi daxil olub və müxtəlif əyalətlərdən məlumat toplayıblar: “Təhlükəsizlik əməkdaşları onları izləyib və ölkənin cənubundakı Kirman əyalətində həbs edib”. Rəsmi deyib ki, cütlük “kəşfiyyat xidmətləri ilə əlaqəli təşkilatlarla bağlıdır... Onlar İrana düşmən olan Qərb ölkələrinin kəşfiyyat xidmətlərinə çalışıblar”.
Britaniya mediası 50 yaşlarında olan britaniyalı cütlüyün dünya üzrə motosiklet turu zamanı İranda həbs olunduğunu bildirib. Britaniya Xarici İşlər Nazirliyi cümə günü konsulluq yardımını təsdiqləyib və ailələrin kimliyini açıqlayıb.
Fransa prezidenti Emmanuel Makron da İranda saxlanılan Fransa vətəndaşlarının ailələrinə onların azad edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Makron bazar ertəsi Sesil Koler, Jaka Barri və Olivye Qrondo ailələri ilə bir saatdan çox danışıb. “Prezident bizə girovların azad edilməsi üçün aparılan danışıqlar barədə bəzi məlumat verdi, ailələr üçün konkret elementlər əldə etmək vacib idi. Bu, bizə əmin olmağa imkan verdi ki, səlahiyyətlilər qohumlarımızı azad etmək üçün səylər göstərirlər,”– Sesilin bacısı Noemi Koller deyib.
İran hakimiyyəti casusluq ittihamı ilə onlarla ikili vətəndaşlığı və əcnəbini saxlayıb, lakin həbslərin diplomatik məqsədlər üçün edildiyini təkzib edib.