
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
Almaniya hökuməti ABŞ-ın yeni tariflərindən sonra qlobal ticarətdə “tarif müharibəsi” ilə bağlı xəbərdarlıq edib. Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin sözçüsü Korbinian Vaqner hökumətin həftəlik mətbuat konfransında ABŞ prezidenti Donald Trampın ölkəsində istehsal olunmayan avtomobillərə tətbiq etdiyi 25 faiz idxal vergisini dəyərləndirib.
“Biz tarif müharibəsinin qarşısını almaq istəyirik”, – deyən Vaqner qlobal ticarətdə “tarif müharibəsi” ilə bağlı narahatlığını bildirib.
“Odur ki, ABŞ hökuməti ilə apardığımız müzakirə və danışıqlarda sonda hər iki tərəfin xeyrinə olacaq bir nəticəyə gələ bilərik. Sözügedən tariflərə qarşı mümkün tədbirlərin əhatə dairəsi də çox genişdir”, –Vaqner deyib.
Almaniya hökumətinin sözçüsü Şteffen Hebestrayt də bildirib ki, Avropa-ABŞ danışıqlarında əsas diqqət ticarət müharibəsinin qarşısını almaq olmalıdır.
“Hazırda biz hələ də ABŞ ilə danışıqlar aparırıq və ümid edirik ki, ticarət müharibəsindən qaça biləcək razılaşma əldə edəcəyik”, – Hebestrayt bildirib.
Jurnalistin Avropa Birliyinin (AB) ABŞ-ın “Google” və “Amazon” kimi böyük texnologiya şirkətlərinə qarşı mümkün sanksiyaları ilə bağlı sualına Hebestrayt, “Mən deyərdim ki, hazırda masadan kənar heç nə yoxdur. Bunun əvəzinə biz hər şeyə baxırıq”, – cavabını verib.
Hebestrayt əlavə edib ki, Trampın tariflərinə qarşı alınacaq tədbirlərlə bağlı AB Komissiyasının rəhbərliyi ilə birlik daxilində “xərc və gəlir hesablaması” aparılacaq.
ABŞ prezidenti Tramp martın 26-da yerli istehsalı artırmaq üçün idxal olunan minik və yük maşınlarına 25 faizlik gömrük rüsumunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Yeni tariflərin aprelin 2-dən qüvvəyə minməsi gözlənilir. Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) dünən ABŞ-ın avtomobil idxalına 25 faiz gömrük rüsumu tətbiq etmə qərarından narahat olduğunu və problemlərin danışıqlar yolu ilə həll edilməli olduğunu açıqlayıb.
ACEA-nın baş direktoru Siqrid de Vris, Avropa avtomobil istehsalçılarının uzun müddətdir ABŞ-a sərmayə qoyduğunu, ölkədə iş yerləri təmin etdiyini, iqtisadi artımı stimullaşdırdığını və ABŞ hökuməti üçün əhəmiyyətli vergi gəlirləri əldə etdiyini xatırladıb: “ABŞ prezidenti Trampı rüsumların təkcə qlobal avtomobil istehsalçılarına deyil, həm də ABŞ-da yerli istehsala mənfi təsirini nəzərə almağa çağırırıq”.
Vris qeyd edib ki, yeni tariflər təkcə ABŞ-a idxala təsir etməyəcək, lakin avtomobil hissələri ilə bağlı tədbirlər ABŞ ixrac bazarlarında avtomobil istehsalçılarına da zərər verəcək.
Alman Avtomobil Assosiasiyası (VDA) ABŞ-dan avtomobil idxalına tətbiq edilən yeni 25 faizlik rüsumun iqtisadi nəticələri barədə xəbərdarlıq edib və bu məsələ ilə bağlı təcili danışıqlara çağırıb.