Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:33 | 28 mart 2025 | Cümə
Məqaləyə 226 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bu yaxınlarda, bir fransız aliminə ABŞ-a giriş qadağan edilib. Səbəb olduqca bəsitdir – hava limanında miqrasiya məmurları alimin mobil telefonunda Amerika prezidenti Donald Trampı tənqid edən mesajlar tapıb. Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin tapşırığı ilə Hyustonda konfransa təşrif buyurmuş alim Trampa nifrət ifadə etməkdə günahlandırılıb. Bu haqda “Le Monde” yazır.
Ancaq fransız alimi yaxşı qurtarıb. Rusiya vətəndaşı Kseniya Petrovanın durumu daha acınacaqlıdır. 2023-cü ilin yazında Harvard Tibb Məktəbində bioinformatika sahəsində fəaliyyətə başlayan Kseniya 2022-ci ildə Ukraynadakı müharibəyə qarşı çıxışlarına görə həbs cəzası ilə hədələndiyi üçün Rusiyanı tərk etməli olub.
Bu il fevralın 16-da Fransadan ABŞ-a qayıdarkən rus alimi hava limanında tutulub, vizası ləğv edilib, özü isə Miqrasiya həbsxanasına göndərilib. Kseniya əvvəlcə Vermontda, sonra isə Luizianada immiqrasiya təcridxanasında saxlanılıb. Hazırda o, 80 qadınla birlikdə kamerada təcrid edilib. Kseniyanın vizasının ləğvi Ukrayna müharibəsində Rusiyanı ittiham etməsinə görədir.
ABŞ-da Rusiyalı dissidentlərə qarşı irimiqyaslı repressiyalar vüsət almaqdadır. “İmmiqrasiya həbsxanalarında saxlanılanların 80 faizi Rusiyanı tərk etmiş siyasi mühacirlərdi”. Bunu məhbusların hüquqlarının müdafiə komitəsindən, vəkil Yuliya Nikolaeva bildirir. “Yalnız ruslar və postsovet ölkələrindən olan vətəndaşlar işlərinə baxılmadan əvvəl dəmir barmaqlıqlar arxasında qalırlar”.
Daha bir nümunə, “The Guardian” nəşrinin bəhs etdiyi 62 yaşlı Aleksey Düminin hekayəsidir. Son iki ildə, Dümin Putinə qarşı keçirilmiş etiraz nümayişlərində ən fəal iştirak edən dissidentdir. Tramp hakimiyyətə gəldikdən sonra Dümin də həbs edilib. Aleksey ilə birgə həyat yoldaşı da dəmir barmaqlılar arasındadır. ABŞ yaxın günlərdə Dümini ruslara təslim edəcək.