“Vida etməlidirlər”
SEPAH yenə Hörmüzlə təhdid etdi
09:11 | 4 aprel 2025 | Cümə
Məqaləyə 168 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
ABŞ-İran münasibətlərindəki gərginlik pik həddədir. Hər iki tərəf ən yüksək ritorikadan çıxış edir. Tramp İranın bombalanmasının nəzərdən keçirildiyini açıq şəkildə dilə gətirdi. Şifahi təhdidlərə paralel olaraq, ABŞ ordusu da regionda aktivlik göstərir: bombardımançı təyyarələr Hind Okeanındakı hərbi bazalara cəmləşdirilib, o cümlədən əlavə donanma qüvvələri regiona göndərilib.
İran rəsmiləri isə nüvə obyektlərinə mümkün hücumlara cavab olaraq, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının və müttəfiqlərinin raketlərlə hədəf seçiləcəyini bildirir. Digər tərəfdən, hətta İranın cavab zərbələrinin qarşısı alınsa belə, nüvə obyektlərinə mümkün hücumlardan sonra İran və ətrafındakı ölkələrdə hadisələr nəzarətdən çıxa bilər. İran parlamentinin spikeri Qalibafın dediyi kimi, İrana hücumlar nəticəsində Yaxın Şərq barıt çəlləyi kimi partlaya bilər.
İsrail lobbisi İrana zərbələr endirilməsi ilə bağlı ciddi təzyiq göstərsə də, Tramp hökumətinin İran məsələsində tərəddüddə olduğu barizdir. İran liderinə məktub göndərilməsi, Tehrana 2 aylıq müddət verilməsi və ardıcıl şifahi ultimatumlar səsləndirilməsi Trampın İran ilə yeni saziş əldə etmək istəyində olduğunu göstərir. Aydındır ki, İran rəhbərliyi bu tərəddüdü başa düşür və regiona əlavə amerikan hərbi qüvvələrinim cəlb edilməsini danışıqlar üçün təzyiq vasitəsi kimi görür. Amma İran rəhbərliyinin də ABŞ ilə topyekun müharibəyə getməyə hazır olduğuna ehtimal vermirəm. Cavab addımları nə olursa olsun, belə bir müharibədə İranın strateji obyektlərinə çox böyük zərər dəyə bilər.
Görünən odur ki, ABŞ-İran gərginliyinin mövcud həddində diplomatiya üçün hələ də meydan var. Bəzi mənbələr, may-iyun aylarında tərəflər arasında yeni bir nüvə sazişinin əldə oluna biləcəyini iddia edir. Məncə, Vaşinqton-Tehran danışıqlarını poza biləcək əsas həmlə İsrailin İrana hücum etməsi ola bilər. Belə bir vəziyyətdə, ABŞ-ın İsraili hərbi cəhətdən dəstəkləməsi qaçılmaz olacaq.
Gözləyək…