Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
15:55 | 5 aprel 2025 | Şənbə
Məqaləyə 160 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Azərbaycandan olan bir qrup vətəndaş Donald Trampın təşəbbüsü ilə həyata keçirilən qanunsuz miqrantlardan “təmizləmə” kampaniyası çərçivəsində ABŞ-dan Kosta-Rikaya deportasiya edilib.
Fevral ayında 200 nəfərdən ibarət bir qrup Kosta-Rikaya təyyarə ilə gətirilib. Bu qrupun tərkibində Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.
Qrupda olan 16 Çin vətəndaşı Kosta-Rika hakimiyyətinə siyasi sığınacaq üçün müraciət edib. Bu ölkənin Miqrasiya və Əcnəbilərlə İş üzrə Baş İdarəsi hazırda həmin müraciətləri araşdırır. Sığınacaq üçün müraciət edən şəxslər müvəqqəti miqrant yerləşdirmə mərkəzini tərk etmək və Kosta-Rika ərazisində işləmək hüququna malikdir.
Deportasiya olunanlar arasında 84 nəfər artıq öz ölkələrinə qayıdıb, 94 nəfər isə sığınacaqda qalmaqda davam edir.
Kosta-Rika hökuməti bildirib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qulluq göstərilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatına (IOM) maliyyə dəstəyi verir. Lakin Kosta-Rikanın cənubundakı, Panama ilə sərhədə yaxın yerləşən Korredores şəhərindəki CATEM sığınacağında miqrantların saxlanma şəraiti insan haqları təşkilatları, o cümlədən “Human Rights Watch” və bəzi qanunvericilər tərəfindən tənqid olunub.
Kosta-Rika hakimiyyəti isə israr edir ki, deportasiya olunanların insan hüquqları pozulmur və onlara tibbi yardım, qida, yaşayış və tərcüməçi xidmətləri təqdim olunur.
Xüsusilə narahatlıq doğuran hallar arasında, deportasiya olunan şəxslər arasında həyatları geri qayıtdıqları təqdirdə təhlükə altında olanların olmasıdır.
Qeyd etmək lazımdır ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ Miqrasiya Xidməti (ICE) 113 min miqrantı həbs edib, onların təxminən 100 mini artıq deportasiya olunub. ABŞ Miqrasiya Polisinin yanvar ayında dərc etdiyi siyahıya əsasən, 709 Azərbaycan vətəndaşı deportasiya olunmalı şəxslər sırasındadır. Lakin təxmin edilir ki, ABŞ-da qanunsuz yaşayan azərbaycanlıların real sayı bu rəqəmdən xeyli çoxdur. Son illərdə Latın Amerikası və Meksika üzərindən ABŞ sərhədini qanunsuz keçənlər arasında Azərbaycan vətəndaşları da görünməyə başlayıb. Onların bir qismi Tramp hakimiyyətə gəlməzdən əvvəl sığınacaq ala bilsə də, digərləri indi deportasiya riski ilə üzləşiblər. Həmçinin, daha əvvəl verilmiş sığınacaq belə, artıq deportasiyadan tam müdafiə təmin etmir.