Almaniyada kilsə zəngi oğurlandı
Maddi dəyəri 10 min avro idi
17:46 | 5 aprel 2025 | Şənbə
Məqaləyə 141 dəfə baxılıb
Şriftin ölçüsü
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Sorğunun nəticələrinə görə, almanların ən böyük narahatlığı miqrantlardır. Aparılan araşdırma, almanların qorxusunun immiqrasiya olduğunu ortaya çıxarıb. İctimai rəyi araşdırma şirkəti Ipsos tərəfindən aparılan aylıq "Dünyanın narahatçılığı" sorğusuna görə, almanların 41 faizi immiqrasiyadan narahat olduğunu bildirib. Lakin fevral ayı ilə müqayisədə bu göstəricinin 3 faiz azaldığı bildirilib.
Mart ayı sorğusunda hərbi münaqişə ilə bağlı narahatlıqlarda ən çox artım olub. Hərbi münaqişə təlaşını ifadə edənlərin nisbəti 11 bənd artaraq 27 faizə çatıb ən çox narahatlıq doğuran məsələlər arasında 5-ci yerdədir.
Almanları ən çox narahat edən ikinci problem yüzdə 33 ilə yoxsulluq və sosial bərabərsizlik olub. Bu məsələ ilə bağlı narahatlığını bildirənlərin nisbəti fevral ayı ilə müqayisədə 3 faiz artıb.
Cinayət və zorakılıqla bağlı narahatlıq 5 bənd azalaraq 31 faizə düşüb. İnflyasiya narahatlıqları 4 bənd azalaraq 27 faizə düşüb.
***
Sorğuda iştirak edənlərin 21 faizi Almaniyanın yenidən irəliləyiş əldə etdiyinə inanır. Mart ayı sorğusunda bu göstərici fevral ayı ilə müqayisədə 4 faiz yüksək olub.
Ölkənin iqtisadi vəziyyətinin pis olduğunu düşünənlərin nisbəti bir əvvəlki aya görə yüzdə 1 artaraq yüzdə 74 olaraq qeyd edildi.
Dünyanın ilk 3-lüyündə
Sorğuda iştirak edən digər ölkələrlə müqayisədə Almaniya immiqrasiyadan narahat olan insanların faizinə görə ikinci yerdədir. Bu baxımdan Çili 44 faizlə birinci yerdədir. Bu məsələdən narahat olduqlarını bildirənlərin nisbəti İngiltərədə yüzdə 32, Fransada yüzdə 27, ABŞ-da isə yüzdə 25 olub.
“Ipsos” sorğusu göstərib ki, Avropanın digər ölkələrində də hərbi münaqişə ilə bağlı narahatlıq artır. Hərbi münaqişədən narahat olanların nisbəti Polşada 32, İsveçdə 27, Hollandiyada 25, Fransada isə 15 faiz olaraq müəyyən edilib.
Fevralın 21-dən martın 7-dək keçirilən onlayn sorğuda 29 ölkədən 25 231 nəfər iştirak edib.