Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:54 | 24 aprel 2025 | Cümə axşamı
Məqaləyə 187 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Görkəmli tarixçi və filosof Yuval Noah Harari Trampın qəribə hərəkətlərinin və qərarlarının əsil səbəbini araşdırıb və maraqlı fikirlər irəli sürüb. Onun gəldiyi qənaət belədir ki, liberal dəyərlərin tərəfdarları dünyaya bir-biri ilə əməkdaşlıq edən tərəfdaşların şəbəkəsi kimi baxırlar. Bu şəbəkə əməkdaşlığı bütün tərəflərə fayda verir.
Donald Tramp isə öz dünyagörüşü ilə bu baxışları tamamilə inkar edir. Onun nəzərində hər bir sövdələşmədə udan və uduzan olmalıdır. Və uduzan da məhz zəif hesab olunan tərəf olmalıdır. Beynəlxalq institutlar və hüquq isə güclüləri zəiflədir. Və mümkündür ki, bu təsisatların arxasında güclü dövlətləri zəiflətmək istəyən qüvvələr – ayrı-ayrı ölkələrin “dərin dövlət”ləri dayanır. Ona görə də Harari hesab edir ki, Trampın baxışlarında hüquqa və beynəlxalq qaydalara pis münasibət var. Onun düşüncəsinə görə, yalnız güclülər haqlıdırlar. Universal dəyərlərə heç bir yer yoxdur. Dəyər yalnız gücdür. Ona görə də onun baxışına görə, zəif olan güclünün dediklərini icra etməlidir. Müharibələr bir qayda olaraq zəiflərin günahı üzündən baş verir. Onlar güclülərin iradəsi əleyhinə çıxdıqlarından münaqişələrin səbəbkarları da onlardır. Ona görə də Tramp müharibənin başlamasına görə Zelenskini günahlandıranda bunun belə olduğuna inanır.
Eyni qaydada da Qrenlandiya ilə bağlı məsələyə baxmaq lazımdır. Əgər güclü ABŞ Qrenlandiyanı tələb edirsə, Danimarka bu tələbi yerinə yetirməlidir. Çünki Danimarka ABŞ-dan zəifdir. Əgər Danimarka ABŞ-ın istəkləri ilə razılaşmasa və buna görə insanlar həyatlarını itirsələr, Trampın düşüncəsinə görə, bunun günahkarı Danimarka olacaq.
Qəribədir ki, belə düşüncə tərzi qarşılaşan qüvvələrin bərabərliyi halında heç bir çıxış yolu göstərə bilmir. Harari məntiqi olaraq sual qoyur ki, indiki halda ABŞ-la Çin arasındakı ticarət müharibəsində kim güzəştə getməlidir? Ona görə də bu düşüncə tərzinin tarixdə dəfələrlə iflasa uğraması səbəbindən bəşəriyyət bu yoldan imtina edib və daha rəvan yolla getməyə çalışıb.
Hazırda bütün dünya böyük suallarla qarşı-qarşıyadır və bu vəziyyətdən çıxmağın yolu bütün ölkələrin bir-biri ilə əməkdaşlıq etməsindən keçir.