Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:56 | 11 iyun 2025 | Çərşənbə
Məqaləyə 291 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Suriya prezidenti Əhməd Şaranın “inklüziv hökumət qurmaq və Qərblə yaxınlaşmaq səyləri”nin onu radikal qrupların hədəfinə çevirə biləcəyini irəli sürüb.
“Al-Monitor”a danışan Barak, “Şara ətrafında bir müdafiə sistemi yaratmalıyıq”, – dedi.
Barak iddia edib ki, Bəşər Əsəd rejiminin devrilməsi prosesində Şara ilə birlikdə döyüşən və hazırda milli orduya inteqrasiya olunan əcnəbi döyüşçülər İŞİD terror təşkilatı kimi qruplar tərəfindən yenidən radikallaşdırılır.
Şaranı “ağıllı, özünə inamlı və diqqətli” bir lider kimi xarakterizə edən Barak, Suriya liderinin keçmiş əlaqələrini tənqid etməyi rədd etdiyini söylədi.
“Bu gün bizim maraqlarımız onun maraqları ilə üst-üstə düşür”, – səfir deyib.
***
Barak xatırladıb ki, Şaraa müxtəlif etnik və dini icmaların, xüsusilə xristianlar, ələvilər, kürdlər və druzların hüquqlarını təmin edəcəyinə söz verib.
Suriyaya qarşı sanksiyaların ləğvi üçün heç bir şərt olmadığını, ancaq gözləntilərin olduğunu bildirən Barak, “Bunlara Fələstinli yaraqlılara qarşı daha sərt mövqe sərgiləmək, terror təşkilatı İŞİD-lə mübarizə aparmaq və Suriyanın İbrahim razılaşmalarına qoşulma istiqamətində addımlar atmaq daxildir”, – deyib.
Barak İsrail ilə Suriya administrasiyası arasındakı gərginliyə də toxunub. Səfir, “İki ölkə arasında münasibətlərin bir gün normallaşa biləcəyinə dair siqnallar var. Əsədin devrilməsindən sonra İsrail Suriyanın cənubunda hərbi fəaliyyətlərini artırıb və Colan təpələrindəki 400 kvadrat kilometrlik bufer zonasına nəzarəti ələ keçirib”, – deyib.
İsrail və Şarja rəhbərliyinin birbaşa dialoqda olmamasına baxmayaraq, “sakit anlayış”la hərəkət etdiklərini ifadə edən Barak, “Hər iki tərəfin bu mərhələdə hərbi qarşıdurmaya girməsinin çox pis nəticələri olacağının fərqindəyik”, – deyib.