
54 qidadan 25-i zərərlidir
Yağ, süd, yumurta, ət məhsullarında heksan zəhərli maddəsi tapılıb
Yağ, süd, yumurta, ət məhsullarında heksan zəhərli maddəsi tapılıb
Toyuq və ya mal ətini geridə qoydu
Ağardıcı ilə dezinfeksiya edilib, istifadə tarixi dəyişdirilib
AQTA narazıdır
Səbəb “pambıq”dır, yoxsa gömrük?
Azərbaycana idxal dərhal dayandırıldı
Prezident tapşırıq verdi, polis nəzarət edəcək
Quzu ətinin qiyməti daha da enə bilər
GMO məhsulların Azərbaycana gətirdiyi təhlükə
Hər gün qanlı mənzərəni izləyən azyaşlılar psixi sarsıntı yaşayır
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
Bu heyvanların orqanlarının insana köçürülməsi gerçəkləşir
«Heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan deyil»
Qiymətlərdə 1 - 1,50 manat artım var
«Əhaliyə at-eşşək əti yedizdirən oğru «işbazlara» cinayət işi açılmalıdır!»
Bir manat düşən qiymətin yaxın günlərdə daha da enəcəyi deyilir
Almaniyada ətin qiyməti rekord həddə qalxır. Delikates məhsullarından mal əti filetosuna, toyuq kolbasasına qədər bir çox ət məhsullarının qiyməti artıb. Xüsusilə supermarketlərdə və qəssablarda donuz ətinin qiyməti əvvəlki illə müqayisədə 20 faizə qədər bahalaşıb. Oxşar artımlar mal əti, toyuq və emal edilmiş kolbasa məhsullarında da müşahidə olunur. İri supermarket şəbəkələri son vaxtlar bratvurst, şnitzel və kolbasanın qiymətlərini artırıb.
Məsələn, “Aldi Süd”də 400 qramlıq toyuq şnitzelinin qiyməti 4,59 avrodan 4,99 avroya qalxıb. “Lidl”də 300 qramlıq toyuq ətinin qiyməti 3,39 avrodan 3,69 avroya yüksəlib.
Fermerlər və sektor nümayəndələri ətin bahalaşmasını dünya bazarında yemin – xüsusilə taxıl və soyanın qiymətinin artması ilə əlaqələndirirlər. Zəif məhsul və şiddətli quraqlıq istehsalçılara təzyiq göstərir. Artan xərclər birbaşa qəssab və market piştaxtalarında əks olunur.
Xüsusilə yay aylarında donuz ətinə tələbatın azaldığı və istehlakçıların daha yüngül alternativlərə üstünlük verdiyi bildirilir. Bundan başqa, ilin əvvəlindən donuz əti tədarükünün azalması qiymətləri də artırıb. Əvvəlki illərdə bir çox fermerlər iqtisadi səbəblərə görə donuz yetişdirilməsini dayandırıb və ya azaldıblar. Bu səbəbdən mal ətinin qiymətlərində hələ pik həddə çatmadığı və xüsusilə ilin sonunda mal qiyməsi, burger katleti və filetoların daha da bahalaşmasının gözlənildiyi bildirilir. Alman mal əti və cöngə ətinin istehsalçı qiymətləri bu il 35-40 faiz artıb.
***
Mal əti kimi dana istehsalında da heyvanların sayının azalması ilə əlaqədar xərclərin artdığı müşahidə edilir və bu, qiymətlərdə də özünü göstərir.
Baden-Vürtemberq Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ətin qiymətləri əvvəlki illərdə əhəmiyyətli dərəcədə aşağı düşmüşdü, lakin 2024 və 2025-ci illərdə yenidən bahalaşıb.