
Sahibin xəstəliyi şirkəti çökdürdü
80 illik eynək topdansatıcısı iflas etdi
80 illik eynək topdansatıcısı iflas etdi
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
125 illik ənənəvi maşınqayırma zavodu müflisləşdiyini elan etdi
Almaniya sənayesinə ağır zərbələr sıralanır
Qaynaq texnologiyası məhsulları ilə dünya miqyasında ad çıxarmışdı
Avtomobil sənayesi dövlətlər üçün niyə önəmlidir?
6 milyard dollarlıq şirkət 4 il sonra 100 milyona düşüb
Paralel həlli üçün uğurlu təcrübə var
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
Spirtli içkilərlə xərçəng arasında əlaqə təhrif edilib?
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Prezident Nazirlər Kabineti ilə müşavirə keçirdi
Metal məmulatlarınınkı yarıdan çox azalıb
Almaniyada iflaslar artmaqda davam edir. 2025-ci ilin ilk altı ayında 11.900 şirkət müflis olub, 141.000 işçi işsiz qalıb. Bu rəqəm son on ildə ən yüksək göstərici kimi qeydə alınıb. Bütün iqtisadi siyasət ümidlərinə və iş dünyasının bir qədər nikbin siqnallarına baxmayaraq, ölkə iqtisadiyyatı tənəzzüldə qalır. Xüsusilə təcrübə və biliklərin itirilməsi riskinin olduğu bildirilir.
“Creditreform”un məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə korporativ iflaslarda 9,4 faiz artım olub. İlk yarıda iflasların dəyəri təxminən 33,4 milyard avro olaraq hesablanıb.
Məlumatlar göstərdi ki, orta müəssisələrdə (51-250 işçi) iflaslar durmadan artır. Bu şirkətlərdə müflisləşmə səviyyəsi orta səviyyədən yuxarı – 16,7 faizdir. Bundan əlavə, illik gəlirləri 5 milyon avrodan çox olan iri şirkətlər arasında müflisləşmələr pandemiyadan əvvəlki ilə müqayisədə iki dəfə artıb.
***
Korporativ müflislərlə yanaşı, fərdi borclarla əzilənlər də artmaqdadır. İlin birinci yarısında 37,7 min nəfər şəxsi müflis olmaq üçün müraciət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artım deməkdir. Bu tendensiyanın əsas səbəbi kimi maliyyə çətinliyi və işsizlik göstərilir.
Korporativ iflaslardan təxmin edilən ödənilə bilməyən borc itkiləri təxminən 33,4 milyard avroya çatıb. Bu, hər iflas işi üzrə orta hesabla təxminən 2,8 milyon avro itki deməkdir.
***
Sənaye istehsalının zəif olması səbəbindən iflaslardan ən çox təsirlənən sənaye sektoru oldu. Bu sektorda iflaslar yüzdə 17,5 artdı. Pərakəndə satış sektorunda artım 13,8 faizlə orta səviyyədən yüksək olub. Bu, istehlakçı xərclərinə qoyulan məhdudiyyətlər və onlayn satışlardakı gərgin rəqabətlə əlaqələndirilir. Tikinti sektorunda artım 1,7 faizlə məhdudlaşıb.
Ən çox iflaslar xidmət sektorunda müşahidə olunub. Təxminən 7000 hadisə ilə ümumi korporativ iflasların 58,5 faizi bu sahədə baş verib.
Araşdırma avtomobil təchizatçılarına da diqqət çəkir. Sektor zəif tələbat, yüksək enerji və xammal xərcləri və məhdud maliyyə ucbatından çətin dövrlər yaşayır. Xüsusilə orta ölçülü təchizatçılar təzyiq altındadır. 2020-ci ildən bəri sektorda 155 iflas qeydə alınıb ki, onlardan 19-u təkcə 2025-ci ildə baş verib. Son 5,5 ildə təqribən 43.000 işçi bu iflaslardan birbaşa təsirlənib.
***
“Creditreform”un baş iqtisadçısı Patrik Lüdviq Hantzş Almaniyanın hələ də güclü iqtisadi və struktur böhranı içərisində olduğunu vurğulayır. Zəif tələb, artan xərclər və qeyri-müəyyənlik şirkətlərin pul ehtiyatlarını aşındırır və kreditə çıxışı məhdudlaşdırır. Bu vəziyyət domino effekti ilə iflasların artmasına yol açır.
Hantzş, ilin ikinci yarısında iflas riskinin yüksək olaraq qalacağını və qısa müddətdə əhəmiyyətli bir bərpa gözlənilmədiyini bildirir.