Gərginlik və yanacaq qiymətləri gəliri düşürür
Hava yolu şirkətləri 2026-da daha çox sərnişin daşıyacaq, mənfəət isə iki dəfə azalacaq
08:22 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 246 dəfə baxılıb
Şriftin ölçüsü
Hava yolu şirkətləri 2026-da daha çox sərnişin daşıyacaq, mənfəət isə iki dəfə azalacaq
Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur
Ölənlər var
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
İki mərtəbəli oturacaqlar yenidən gündəmdə – son və qəti dizaynı təqdim olundu
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Qan dövranında problemlər yarana bilər
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Dünən (iyunun 27-də) səhər saat 07:26-da “Air France”ın AF1000 reysi ilə Paris Şarl-de-Qol hava limanından Madridin Barajas hava limanına uçan təyyarədə təlaş yaşanıb. Havaya qalxandan bir neçə dəqiqə sonra kabinədə “isti qoxu” hiss olunduqdan sonra uçuş heyəti geri qayıtmağa məcbur olub.
“Airlive.net” xəbər verir ki, təyyarə 3000 metr yüksəkliyə çatdıqdan sonra qalxmağı dayandırıb və pilotlar 7700 təcili kodunu ötürüblər. “Air France” təyyarənin texniki yoxlamalar üçün Şarl de Qoll hava limanına geri döndüyünü açıqlayıb. Sərnişinlər hava limanında “Air France”ın ekipajları tərəfindən qarşılanıb və Madridə alternativ reyslərə istiqamətləndirilib.
Bu hadisədən cəmi iki gün əvvəl, iyunun 25-də Paris-Los-Anceles reysində də oxşar problemlə bağlı məlumat verilmişdi. Təyyarə havaya qalxdıqdan az sonra havada dövrə vurdu, yanacağını boşaldıb və təcili eniş üçün icazə istəyib.