Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
09:00 | 3 iyul 2025 | Cümə axşamı
Məqaləyə 236 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft təxminən iki həftənin ən böyük artımından sonra ucuzlaşıb. İnvestorlar ABŞ və ticarət tərəfdaşları arasında danışıqları və bu həftəsonu keçiriləcək OPEC+ toplantısını izləyirlər.
Dünən “Brent” markalı neft 3 faiz sıçrayışdan sonra bir barel üçün 69 dollar ətrafında ticarət edilib, ABŞ xam nefti (WTI) isə 67 dolların üzərində qalıb. Birləşmiş Krallıq və Çin ilə iyulun 9-na kimi son tarixdən əvvəl əldə olunan razılaşmalardan sonra ABŞ prezidenti Donald Tramp Vyetnamla ticarət sazişi imzaladığını açıqlayıb.
Xam neft son həftələrdə dəyişkən olub, Yaxın Şərqdəki geosiyasi risklərə uyğun olaraq yüksəlib və azalıb. Bununla belə, həm dəyişkənlik, həm də ticarət həcmi sabahkı ABŞ tətili ərəfəsində azalıb. Bazarın diqqəti neft tələbini təhdid edən ticarət danışıqlarına və tariflərə yönəlib, eyni zamanda, iyunun 6-dakı OPEC+ görüşündə qrupun hasilat kvotalarında yeni və böyük artımla bağlı razılığa gəlməsi gözlənilir.
ABŞ-da ölkə üzrə xam neft ehtiyatları 3,8 milyon barel artaraq, may ayından bəri ilk həftəlik artım olub. Oklahoma ştatının Cuşinq şəhərindəki neft anbar mərkəzindəki ehtiyatlar ardıcıl dördüncü həftə azalaraq bu mövsüm 2014-cü ildən bəri ən aşağı səviyyəyə çatıb.