SEPAH-a ərəb zərbəsi
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
11:19 | 3 iyul 2025 | Cümə axşamı
Məqaləyə 325 dəfə baxılıb
Şriftin ölçüsü
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarının vurduğu zərər müzakirə olunmağa davam edərkən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) vəziyyətlə bağlı yeni qiymətləndirməni paylaşıb. Daha əvvəl mətbuata yayılan və İranın nüvə proqramının cəmi bir neçə ay geri çəkildiyini bildirən xəbərin əksinə, bu dəfə sözügedən proqramın 1-2 il geri düşdüyü bildirilib.
Əvvəlki açıqlamalarında ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset ABŞ mətbuatına sızan Pentaqonun hesabatına reaksiya verərək, İranın nüvə proqramının məhv edildiyini iddia etmişdilər.
Pentaqonun sözçüsü Şon Parnell dünən jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, rəsmi hesablamalar “yəqin ki, 2 ilə yaxındır”. Parnell öz qiymətləndirməsini dəstəkləmək üçün heç bir sübut təqdim etməyib.
Parnell, “Biz onların cədvəlini 1-2 il geri çəkdik; ən azı bu, (Müdafiə) Departamentində kəşfiyyatın qiymətləndirilməsidir”, – deyib.
Digər tərəfdən, Pentaqonun sözçüsü deyib ki, indiyə qədər gördükləri bütün kəşfiyyat məlumatları onları hədəfə alınan İran obyektlərinin “tamamilə məhv edildiyi”nə inandırıb.
12 günlük İsrail-İran müharibəsində atəşkəsdən sonra İranın əməkdaşlığı dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi həftə sonu deyib ki, İran “bir neçə ay ərzində zənginləşdirilmiş uran istehsal edə bilər”. Bu, ABŞ-ın İranın nüvə obyektlərinə hücumunun onun iddia etdiyi qədər təsirli olmadığına dair şübhələri gücləndirdi.
Bəzi ekspertlərin fikrincə, İran ABŞ-ın bunker partlayıcı bombalarla hücum etdiyi və əsasən yerin altında olan Fordo nüvə obyektindən zənginləşdirilmiş uranı hücumlardan əvvəl çıxarmış ola bilər.
Nazir Heqset isə bu iddialarla bağlı açıqlama verib və İranın ABŞ-ın hücumlarından qorunmaq üçün uranı başqa yerə daşıdığını göstərən kəşfiyyat məlumatlarından xəbərsiz olduğunu bildirib.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Araqçı iki gün qabaq ABŞ mətbuatına verdiyi açıqlamada İranın hücumlarının Fordoya ciddi ziyan vurduğunu bildirib.