33 il əvvəl törədilmiş cinayət
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
12:27 | 3 iyul 2025 | Cümə axşamı
Məqaləyə 233 dəfə baxılıb
Şriftin ölçüsü
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Tolstoy, Dostoyevski, Çexov... bir mədəniyyət və təfəkkür fenomeni olaraq Rusiyaya aid deyil, digər millətlərin yüzlərlə, minlərlə dahiləri kimi bütün insanlığa məxsusdur.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda sayı yüzlərlə qeyd edilən rus dilli məktəblərdə oxuyanların, bitirənlərin, onların ata-analarının, əcəb-əcdadlarının əksəriyyəti nə Dostoyevski oxuyublar, nə Tolstoy. Onlar, sadəcə, rus dilində təhsil aldıqlarına gorə rusa, Rusiyaya aidiyyatları daha parlaq və bariz görundüklərinə görə bir aristokrat, intellektual şirması, görünüşü qazanıblar.
Azərbaycanda Dostoyevskini, Tolstoyu oxuyan bir neçə yüz nəfər elə məhz Azərbaycan bölməsini bitirənlərdir. Onların bir hissəsi ömür boyu cəmiyyətdə rusdillilərdən heç də aşağı olmadıqlarını sübut etmək kimi bir psixoloji komplekslə canlarına fəda verib bu klassikləri ələk-fələk ediblər, bir hissəsi də ədəbiyyatla, yazı-pozu ilə doğrudan-doğruya maraqlanan insanlarımız olub. Bu klassiklərin əksər əsərləri də azərbaycancaya normal səviyyədə tərcümə edilib.
Bugünkü Rusiyanın özündə də hazırda klassikanı oxuyan rusların sayı barmaqladır. Azərbaycanda valideynlər rus dilli məktəblərə övladlarını ona görə qoyurlar ki, gələcəkdə onların iş imkanları, çörək pulu qazanmaq imkanları genişlənsin. Bu gün aydın olur ki, Rusiya artıq mədəniyyət ixracatçısı olmadığı kimi, çörəyi də kəsir. Rusiya daha o çörək verən kişi deyil. Rusiya o qədər ağılsızlaşıb ki, ona çörək qazandıranları da öldürür. Rusiya son dərəcə parazitləşib, quduzlaşıb. Tarixi öyrənənlər yaxşı bilir ki, imperiyalar öz sonluqlarını narsist, şizofren, paranoik, debil başçılarının macəraları ilə gətirirlər. Rusiya da ora doğru gedir.
Rus dilini öyrənmək vacibdir, amma gələcəkdə çörək verən, mədəniyyət verən dil kimi yox. Hər an sənə düşmən ola biləcək bir ölkənin dili kimi. Bu günün özündə artıq rus dilli məktəblər Putin Rusiyasının əlində Azərbaycana hücum bəhanəsinə çevrilib. Bu dövlətdə rus dilli məktəblərin sayı ölkəmizdə yaşayan rusların sayına müvafiq olmalıdır. Bu say da aşağı-yuxarı on-on beş məktəb edir. Bu ölkədə yaşayan hər bir azərbaycanlı dərk etməlidir ki, Rusiya hər bir rusdilli məktəbdə, rus bölməsində, rus sektorunda oxuyanı bilərəkdən rusdilli – rus kimi qələmə verir.
Ukraynaya hücuma əsas bəhanələrin biri də bu olmuşdu ki, orada rus dillilərin hüquqları pozulur. Bu gün belə bir məkrli tələnin içinə düşmüşük. Artıq tarixin məntiqi bu şəhid qanları üzərində qurulmuş dövlətdə ana dilinin – dövlət dilinin aşağılanmasına, ikinci dərəcəli sayılmasına göz yummaq fikrində deyil. Bu məntiq deyir ki, üzərimə Dostoyevski, Tolstoy, əskimis rus mədəniyyəti kimi mənasız bəhanələrlə gəlməyin, balalarınıza adam kimi dünyanın ən böyük neməti olan ana dilində təhsil verin, digər xarici dilləri də öyrədin. Hadisələr də göstərir ki, tarix öz ana dilində təhsili icbari etməyən dövlətlərin də, millətlərin də varlığını qəbul etmir. Ana dilində ilkin təhsil bir valideynin arzu və istəyi ilə deyil, dövlətin qanunlarının məcburiyyəti ilə həyata keçirilməlidir.