Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
09:17 | 18 iyun 2014 | Çərşənbə
Məqaləyə 1285 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Avropa İttifaqı (Aİ) ilə ticarət sazişini imzalamaq istəyən Gürcüstan Rusiyanın cavab reaksiyasına hazırlaşır. Ukraynadakı böhrana görə bölgədə gərginlik artıb. Bu barədə «Financial Times» məlumat verir.
Gürcüstan parlamentinin spikeri və 2012-ci ildə hakimiyyətə gəlmiş koalisiya hökumətinin yüksək rəsmisi Devid Usupaşvili Tbilisinin Avropaya inteqrasiya məqsədindən geri çəkilməyəcəyini bildirib. «Rusiya hökumət rəsmilərindən bunun bizə baha başa gələcəyi haqda bəyanatlar eşidirik. Hesab edirəm ki, biz bu cür çətinliklərə hazır olduğumuzu artıq sübut etmişik», - Devid Usupaşvili «Financial Times» xəbər agentliyinə bildirib.
Usupaşvili həmçinin qeyd edib ki, Ukrayna böhranı Gürcüstanın NATO hərbi alyansına qoşulmaq arzusunu gücləndirib.
2008-ci il Rusiya müharibəsindən təzəcə qurtarmış Gürcüstan bu il Moldova ilə yanaşı, Aİ ilə «Assosiasiya Müqaviləsi»ni imzalamağa hazırlaşır. Ukraynanın yeni prezidenti Petro Poroşenko ölkəsinin Aİ qarşısında götürdüyü öhdəlikləri təsdiqləmək üçün azad ticarət sazişini imzalayacaq.
Aİ müqaviləsinə görə, sabiq sovet ölkələri arasında qütbləşmə yaranıb. Ermənistan və Belorus Moskvaya meyl edərək, Avrasiya İqtisadi İttifaqına qoşulmağa razı olublar. Gürcüstan, Moldova və Türkmənistan isə özlərinə başqa alternativ siyasi dayaq axtarırlar. Gürcüstan və Aİ arasındakı siyasi və iqtisadi müqavilə «Dərin və Müfəssəl Azad Ticarət Zonası»nın yaranması prosesinə təkan verəcək. Rəsmilərin bildirdiyinə görə, 2 il ərzində Aİ ilə viza rejimi də aradan götürülə bilər.
«Hamı başa düşür ki, başqa cür ola bilməz», - Tbilisidəki Qərb diplomatlarından biri deyib.
Ötən həftə Moldova və Gürcüstana səfərində Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso Moskvanın aqressiv reaksiyasından narahatlığını bildirib. «Mən Rusiyanı yeni imkanlardan faydalanmağa, cəzalandırıcı tədbir görməməyə dəvət edirəm. Belə addım üçün heç bir iqtisadi səbəb və hüquqi əsas yoxdur», - o deyib.
2008-ci ildən bəri Gürcüstanla Rusiya arasında münasibət soyuyub. İki ölkə arasında 5 günlük müharibə Abxaziya və Cənubi Osetiya separatçı bölgələrinin - Moskvanın dəstəklədiyi de-fakto müstəqil ölkələrin yaranmasına səbəb olub.
Usupaşvili bildirib ki, Abxaziya prezidentinin bu ay istefa verməsi Moskvanın Gürcüstanın Aİ-yə yaxınlaşmasına cavab olaraq, bölgədə yaratdığı qeyri-stabillik cəhdi ola bilər.
Usupaşvili Gürcüstanın milyarderi və sabiq baş naziri Bidzina İvanişvilinin dəstəklədiyi «Georgian Dream» («Gürcü Arzusu») koalisiyasının üzvüdür. İki il əvvəl hakimiyyədə olan Bidzina İvanişvili hər iki ölkə arasında birbaşa əlaqə yaradaraq, Moskva ilə dostluq münasibətlərini təzələdi. Gürcüstanın Rusiyaya idxalına məhdudiyyətlərin aradan qaldırılması üçün razılıq əldə olundu. Rusiyanın Xarici İşlər Nazirliyi ötən ay bildirmişdi ki, Gürcüstan Aİ ilə müqavilə imzalamağın «nəticələrini» düşünməlidir, yoxsa razılıqlar ləğv oluna bilər.
Cənab Usupaşvili NATO-ya üzvlüklə bağlı Gürcüstanın üzvlük fəaliyyət planını imzalaması haqqında danışmağa ehtiyat edib. Tbilisidə çoxları sentyabr sammitinə qədər üzvlük fəaliyyət planının (MAP) imzalanacağına ümid edir.
Rusiya prezidenti Vladimir Putin həmişə NATO-nu təhdid kimi görür. O, NATO ilə yaxınlaşmanın 2008-ci il Gürcüstan müharibəsi və hazırkı Ukrayna böhranının ilkin səbəbləri olduğunu bildirib.
«Biz NATO-ya Rusiyanın təhdidlərinə görə qoşulmaq istəyirik. Rusiya Gürcüstanın NATO-ya qoşulmasından narahatdırsa, onda bu təhdidlər ortadan götürülməlidir», - Usupaşvili deyib.