Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:51 | 9 iyul 2014 | Çərşənbə
Məqaləyə 2583 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İyulun 7-də Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya və Serbiyanın yaxın günlərdə «Cənub Axını» layihəsi üzrə müqavilə imzalayacağını bildirib. Müqavilə Moskvanın təbii qaz nəqlinin diversifikasiyası hədəfinə doğru mühüm addımdır. Bu barədə «New Europe» xəbər portalı məlumat verir.
«Layihə qarşılıqlı faydalıdır. Danışıqlarda ciddi irəliləyiş əldə etmişik», - serbiyalı həmkarı Aleksandr Vuçiçlə görüşdən sonra Medvedev deyib. Medvedev bildirib ki, prezident Vladimir Putinin müxtəlif tədbirlərdə dəfələrlə vurğuladığı kimi, «Cənub axını» layihəsi siyasiləşdirilməməlidir.
Vuçiç isə öz növbəsində bəzi texniki məsələlərin hələ qaldığını, lakin asanlıqla həll olunacağını vurğulayıb. «Rus dostlarımızla razılaşdığımız kimi, 4 məsələ qalır. Yaxın gələcəkdə bunların hər biri tam həllini tapacaq», - «RİA Novosti» agentliyinin Vuçiçə istinadən verdiyi xəbərdə deyilir.
Xatırladaq ki, iyunun ortalarında Moskva Avropa Komissiyasını «Cənub Axını» layihəsinin bəzi iştirakçılarını Rusiya ilə əməkdaşlıqdan çəkindirməkdə ittiham etmişdi.
Rusiyanın energetika naziri Aleksandr Novak təchizatçılarla müştərilər arasında münasibəti pozmaq üçün geosiyasi alətlərdən istifadə əleyhinə xəbərdarlıq edib. Novak Avropa Komissiyasının müraciətindən sonra Bolqarıstanın «Cənub Axını» layihəsi üzrə işləri dayandırmasına istinad edib.
Avropa Komissiyası hesab edir ki, Rusiyanın Bolqarıstan, Serbiya, Macarıstan və Sloveniya ilə ikitərəfli müqavilələri Avropa İttifaqının «Üçüncü Enerji Paketi» qaydalarına ziddir. Həmin qaydalara görə, qaz hasilatı ilə məşğul olan şirkətlər uzaq məsafəli boru kəmərinə sahib ola bilməzlər.
«Cənub Axını» layihəsi Rusiya təbii qazını Qara dənizin altı ilə Cənubi və Mərkəzi Avropaya çatdıracaq. Boru kəmərinin inşası 2012-ci ildə başlayıb. Avropaya ilk təbii qaz 2016-cı ildə nəql olunacaq. 2018-ci ildə isə boru kəməri tam istismara veriləcək.