
AMB-də iqtisadçılarla görüş
“Mərkəzi bank inzibati deyil, iqtisadi alətlərə üstünlük verir”
“Mərkəzi bank inzibati deyil, iqtisadi alətlərə üstünlük verir”
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
Taleh Kazımovun dosyesi...
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
Bir ildə 2.2 milyarda yaxın çoxalma var
Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) bank rəhbərləri ilə görüş keçirilib. Görüşdə AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: «Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq».
Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək.
O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4 faiz) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.
Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.
Üzən məzənnəyə keçid xəbərinə ilk reaksiya tanınmış iqtisadçı Vüar Bayramov bildirib. İqtisadçı alim sosial şəbəkədə görüşə münasibət bildirərkən bunları deyib: «Mərkəzi Bankın valyuta satışı zaman müəyyənləşdirilmiş 4 faizlik marjı ləğv etməyə hazırlaşıdığı bildirilir. Bu baş verəcəyi halda Azərbaycanda liberal üzən məzənnəyə keçiləcək. Amma Mərkəzi Bank bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq. Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görsənir ki, bu daha tez baş verə bilər. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil. Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik».